Mandatını Heydər Əliyevə təklif edən sabiq vitse-spiker: "Müstəqilliyə möhtac idik"

Mandatını Heydər Əliyevə təklif edən sabiq vitse-spiker: "Müstəqilliyə möhtac idik"
17:52 19 Oktyabr 2016
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Müstəqilliyimizin bərpa edilməsindən 25 il ötür. O zaman mərhum Heydər Əliyevlə müstəqilliklə bağlı söhbətlərimiz olurdu. Hər birimiz buna sevinirdik. Xalqın gözündə sevinc var idi.

Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin keçmiş sədr müavini, parlamentdəki mandatını ulu öndər Heydər Əliyevə təklif edən Yaşar Əliyev deyib.

Y.Əliyev bildirib ki, müstəqilliyimizin əldə edilməsi xalqımızın əhvali-ruhiyyəsinə çox müsbət təsir etdi: "Biz illərdir ki, müstəqilliyə möhtac idik".

Sabiq vitse-spiker həmin günləri çox yaxşı xatırladığını bildirib: "Hər birimiz müstəqil olacağımız günü səbirsizliklə gözləyirdik. O zaman millət fədailəri bunun üçün çalışırdı. İndi isə düz 25 ildir ki, dövlət, xalq olaraq müstəqilik".

Qeyd edək ki, Milli Məclisin keçmiş sədr müavini Y.Əliyev iki çağırış deputat olub. O, Azərbaycan-İran iqtisadi komissiyasında sədr, Qara Dəniz İqtisadi Əməkdaşlıq Şurasında Azərbaycan nümayəndə heyətinin rəhbəri olub. Daha sonra 10 il Azərbaycanın Çindəki səfiri postunda çalışıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/481136.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR