Səfir: "Azərbaycan neftinin Odessa-Brodı kəməri ilə nəqli hər iki dövlət üçün sərfəlidir"

Səfir: "Azərbaycan neftinin Odessa-Brodı kəməri ilə nəqli hər iki dövlət üçün sərfəlidir"
17:57 19 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 19 oktyabr. REPORT.AZ/ “Azərbaycan neftinin Odessa-Brodı boru kəməri vasitəsilə nəqli layihəsinin yenilənməsi hər iki dövlət üçün sərfəlidir və bu, kompleks əməkdaşlığın ən yaxşı tərəflərindən biri olacaq”. “Report” xəbər verir ki, bunu Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev “Caspian Energy İnternational Media Group”un nümayəndəsi ilə görüşdə bildirib.
O xatırladıb ki, Bakıda Azərbaycan tərəfindən Ukraynaya enerji resursları tədarükü imkanları müzakirə edilib və bu baxımdan karbohidrogenin Odessa-Brodı kəməri vasitəsilə nəqli nəzərdən keçirilib.
İki ölkə arasındakı ikitrəfli əlaqələrdən bəhs edərkən A.Xudiyev Azərbaycan Prezidenti İlham Əliyevlə Ukrayna Prezidenti Petro Poroşenko arasında bu yaxınlarda Bakıda baş tutmuş danışıqların enerji, ticarət, kənd təsərrüfatı, hərbi-texniki əməkdaşlıq sahələrində Azərbaycan-Ukrayna əlaqələrinin inkişafına yeni təkan verdiyini, müxtəlif sahələrdə bir sıra nüfuzlu layihələrə gücləndirilmiş hazırlığın başlandığını qeyd edib.
Onun sözlərinə görə, hazırda Azərbaycan-Ukrayna İqtisadi-ticari əməkdaşlıq Hökumətlərarası Komissiyasının qəbul etdiyi qərarların icrası ilə bağlı gərgin iş gedir: “Kənd təsərrüfatı sahəsində qarşılıqlı əlaqələr möhkəmlənir, meyvə-tərəvəz məhsullarının tədarük həcminin artırılması, həmçinin onların hər iki dövlətin ərazisində emalı məqsədilə müvafiq ortaq müəssisələrin yaradılması məsələlərinə baxılır. Biz Azərbaycan məhsulunun Ukraynaya ixracını artırmaqda maraqlıyıq”.
Səfir həmçinin iki dövlət arasında informasiya əməkdaşlığının genişləndirilməsinin vacibliyini və bu işdə “Caspian Energy” kimi beynəlxalq KİV-in xüsusi rol oynadığını qeyd edib. Diplomat IV Beynəlxalq "Caspian Energy Forum"unun Bakıda keçirilməsinin və tədbirdə Ukrayna şirkətlərinin iştirakının aktuallığını vurğulayıb.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/sefir-azerbaycan-neftinin-odessa-brodi-kemeri-ile-neqli-her-iki-dovlet-ucun-serfelidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR