Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

“Facebook”dan canlı yayımla bağlı yenilik - foto

“Facebook”dan canlı yayımla bağlı yenilik - foto

Date: 19 October 2016 18:01

Son zamanlar “Facebook” canlı yayım funksiyası üzərində ciddi dəyişikliklər aparmaqdadır.

Axşam.az Technote-yə istinadən xəbər verir ki, sonuncu dəfə 24 saat fasiləsiz yayımı istifadəçilərə təqdim edən “Facebook”, bununla da həvəskar çəkilişi sevənlərin qarşısındakı maneələri açmış oldu.

Şirkət canlı yayım xüsusiyyətini daha da populyarlaşdırmaq üçün bir funksiya daha əlavə edib. Belə ki, siz artıq canlı yayımlarınızı planlı şəkildə həyata keçirə biləcəksiniz. Bu yenilik sayəsində daha çox insanı özünüzə cəlb etmək imkanınız olacaq.

Canlı yayım planlandıqdan sonra dostların səhifəsində görüntülənəcək və istəyən şəxslər həmin tarixdə xatırlatma funksiyasını istifadə edərək qoşula biləcəklər. Bildiriş almağı istəyən şəxslər yayımın başlamasına 3 dəqiqə qalmış bildiriş alacaqlar. Bu 3 dəqiqə içərisində yayımı izləyən digər istifadəçilərlə də söhbət edə biləcəksiniz. İstifadəçilər canlı yayım planını 1 həftə sonrasına qədər planlaya bilərlər.

Bu yenilik bəzi istifadəçilərdə qismən aktivləşsə də, gələn həftədən etibarən hər kəs istifadə edə biləcək.


Tags:  Facebookdan canlı yayımla bağlı yenilik foto

RƏYLƏR


Top news