"Ərlərindən, namusdan, əxlaqdan danışırlar" - Səidədən həmkarlarına

"Ərlərindən, namusdan, əxlaqdan danışırlar" - Səidədən həmkarlarına
18:05 19 Oktyabr 2016
76 Şou
Ölkə mətbuatı
A- A+

Dövrümüzün bəzi insanları elə pis murdarlaşıblar ki, hər kəs öz keçmişini unudub. Yekə-yekə danışır, özlərini elə aparırlar elə bil bunları tanıyan yoxdur. Kiməsə rişxənd etmək istəsəm belə, birinci addımda özümü görməyi bacaran bir insanam.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Səidə Sultan deyib. İfaçı şou-biznes nümayəndələrini tənqid edib:

"Kim yanımda yekəbaşlıq edib, özünü göstərmək istəsə, onu da yerində otuzdurmağı bacaranam. Hər kəs, birinci növbədə, özünü tanımalıdır. Mənim işim şou-biznesdir. Bu gün bu aləmin bəzi nümayəndələri elə böyük danışırlar ki: sənətdən, oxumaqdan, əxlaqdan, tərbiyədən, ailədən, ərindən, ərsizliyindən, namusundan... Görəsən, fikirləşmirlər ki, axı məni tanıyan var. İstəyirlər ki, çıxıb yadına salasan. Çoxları da efirə çıxıb özlərini elə göstərirlər ki, bunlardan yoxdur. Ayılın da, bəsdirin artistlik etdiniz. Hamı-hamını çox gözəl tanıyır. Kim hansı məzhəbə qulluq edir və edib. Kiməsə dil uzadanda birinci öz ayıbınızı görməyə çalışın".

Qeyd edək ki, müğənni Elnarə Xəlilova "5/5" verilişində S.Sultana oxumağı onun öyrətdiyini deyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/481140.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR