Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Külli miqdarda saxta dollar satan mütəşəkkil dəstəyə hökm oxundu

Külli miqdarda saxta dollar satan mütəşəkkil dəstəyə hökm oxundu

Date: 19 October 2016 18:12

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ənvər Seyidovun sədrliyi ilə narkotik maddələrin qanunsuz dövriyyəsi və saxta əskinasların hazırlanmasında təqsirləndirilən mütəşəkkil dəstənin üzvləri - Röyal Əliyev, Elşən AğalıHüseynağa Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə R.Əliyev 10 il 6 ay, E.Ağalı 12 il 6 ay, Hüseynağa Əsgərov isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, təqsirləndirilən şəxslər külli miqdarda narkotik vasitə və saxta ABŞ dollarının qanunsuz dövriyyəsi ilə məşğul olarkən yaxalanıb. Dəstə üzvü E.Ağalının paytaxtın Səbail rayonu ərazisində kirayədə yaşadığı evə baxış keçirilərkən oradan 3 kiloqrama yaxın narkotik vasitə olan heroin, tiryək, həşiş və 22300 saxta dollar aşkar edilərək götürülüb.

Milli.Az


Tags:  Külli miqdarda saxta dollar satan mütəşəkkil dəstəyə hökm oxundu

RƏYLƏR


Top news