Bir müddət öncə iş adamından hamilə olduğu xəbərini inkar edən müğənni Şəbnəm Tovuzludan (Əsədova) xəbər var.
Milli.Az bildirir ki, lent.az-a açıqlama verən Ş.Tovuzlu bildirib ki, artıq mediada barəsində yazılan xəbərlərə baxmır: "Yenidən ana olmağa hazırlaşmağım düzdür. Son günlər şəxsi həyatımı çox müzakirə etdilər. Amma qarşıma məqsəd qoydum ki, artıq yazılan xəbərlərə fikir verməyim. Barəmdə yazılanlara önəm vermirəm".
Şəxsi həyatı barədə danışan Ş.Tovuzlu daha sonra lent.az-ın kameraları önünə keçərək, şəkillər çəkdirib. İfaçı bildirib ki, bu şəkilləri də müzakirə olunacaq: "İndi bilirəm ki, bu şəkillərim çox danışılacaq. Hərə bir söz yazacaq".
Milli.Az