Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Həsən Ruhani: "İran və Azərbaycan arasındakı dostluq münasibətləri hər iki ölkənin mənafeyi naminə gündən-günə inkişaf edəcək"

Həsən Ruhani: "İran və Azərbaycan arasındakı dostluq münasibətləri hər iki ölkənin mənafeyi naminə gündən-günə inkişaf edəcək"

Date: 19 October 2016 18:22

Bakı. 19 oktyabr. REPORT.AZ/ İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 
"Report"un məlumatına görə, təbrikdə deyilir: 
"Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının müstəqilliyinin 25-ci ildönümü münasibətilə İran İslam Respublikası dövləti və xalqı adından Zati-alinizi və eləcə də bütün Azərbaycan Respublikası xalqını ürəkdən təbrik edirəm.
Ötən illər ərzində Azərbaycan Respublikasının müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat sahəsində nəzərəçarpacaq dərəcədə inkişaf etməsindən çox-çox şad olduğumu bildirirəm. Tam əminəm ki, iki ölkə rəhbərlərinin siyasi iradəsindən qaynaqlanan dost və qardaş ölkələrimiz arasındakı dostluq münasibətləri bundan sonra da hər iki ölkənin mənafeyi naminə gündən-günə inkişaf edəcəkdir.
Allah-Təaladan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan Respublikası xalqına isə sülh, firavanlıq və əmin-amanlıq arzulayıram".

Tags:  Həsən Ruhani İran Azərbaycan arasındakı dostluq münasibətləri hər iki ölkənin mənafeyi naminə gündən-günə inkişaf edəcək


RƏYLƏR


Top news