Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

NATO ekspertləri Azərbaycana gəliblər

NATO ekspertləri Azərbaycana gəliblər

NATO Qara dənizdə hərbi təlimlər keçirir (21 Mart 2017 02:03)
Sarkisyan NATO baş katibi ilə görüşəcək (26 Fevral 2017 03:49)
"Mən NATO-nun fanatıyam" (19 Fevral 2017 10:48)

Tarix: 19 Oktyabr 2016 18:22

Bakı. 19 oktyabr. REPORT.AZ/ Azərbaycan Silahlı Qüvvələrin hərbi təhsil sisteminin inkişafına dəstək üzrə NATO-Azərbaycan Birgə Fəaliyyət Planına uyğun olaraq NATO-nun Beynəlxalq Dil Koordinasiyası Mərkəzinin (BİLC) ekspertlərindən ibarət qrup Bakıya səfərə gəlib.
Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, səfər çərçivəsində hərbi tədris müəssisələrində xarici dillər üzrə ixtisaslaşan mütəxəssislərə NATO-nun müvafiq mərkəzlərində tətbiq edilən müasir tədris sistemi haqqında məlumat veriləcək, qarşılıqlı fikir mübadiləsi aparılacaq, eləcə də gələcək əməkdaşlıq imkanları müzakirə ediləcəkdir.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində keçirilən işçi görüşlər oktyabrın 21-dək davam edəcək.


Teqlər:  NATO ekspertləri Azərbaycana gəliblər



RƏYLƏR


Top xəbərlər