Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Messini dayandırmaq üsulunu..."

"Messini dayandırmaq üsulunu..."

Date: 19 October 2016 18:37

Çempionlar Liqasında qrup mərhələsinin III tur qarşılaşmasında "Mançester Siti" "Barselona"nın qonağı olacaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "şəhərlilər"in baş məşqçisi Pep Qvardiola sabiq klubuna qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb. Təcrübəli mütəxəssis işlərini çətinləşdirən əsas amilin, məhz Messi olduğunu vurğulayıb: "Messinin qarşısını almaq üçün heç bir texnika bilmirəm. Bilsəm, futbolçulara öyrədərdim. 90 dəqiqə uzun müddətdir. Futbolçularıma çoxlu qol epizodu yaratmağı yox, əllərinə düşən şansları dəyərləndirmələrini tapşırmışam. "Barselona" ilə qarşılaşma bizim üçün öz səviyyəmizi bilmək baxımından çox faydalı olacaq".

Qvardiola Messinin İngiltərədə oynamaq istəyi ilə bağlı yayılan söz-söhbətlərə münasibət bildirib: "Ola bilər ki, Messi uşaqları ingilis dilini öyrənsinlər deyə bunu istəsin və ya yeni mühit üçün. Messi "Barsa"nı tərk etməyə qərar versə, onu almaq istəyən 7 və ya 8 nəhəng klub olacaq. Ancaq mən bu yay Messi, Neymar, Suarez, Buskets, İniesta və başqaları ilə danışmamışam. Buna əmin ola bilərsiniz".

Milli.Az


Tags:  Messini dayandırmaq üsulunu

RƏYLƏR


Top news