"Elə buna görə "Qarabağ" onları cəzalandıracaq"

"Elə buna görə "Qarabağ" onları cəzalandıracaq"
18:47 19 Oktyabr 2016
66 İdman
Ölkə mətbuatı
A- A+

Milli.Az təcrübəli mütəxəssis Yunis Heseynovun apasport.az-a müsahibəsini təqdim edir:

- "Qəbələ" və "Qarabağ" sabah Avropa Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyunlarına çıxacaqlar. İlk olaraq, səfərdə "Sent-Etyen"lə qarşılaşacaq "Qəbələ"nin şansını necə dəyərləndirərdiz?

- "Sent-Etyen"lə əvvəlki illərdə "Qarabağ" qarşılaşıb. Onların oyunlarına bələdik. Mənə elə gəlir ki, xal götürmək mümkündü. "Qəbələ" "Maynts"la Bakıdakı görüşdə də özünü yaxşı tərəfdən göstərmişdi. Mübarizə aparan, döyüşkən komandadı. Açığı, "Sent-Etyen"in hazırkı durumu ilə bağlı məlumatım yoxdu, oyunlarını izləməmişəm. Təbii ki, çox çətin olacaq.
 
- "Qəbələ"nin heyətlə bağlı da ciddi problemləri var. Baqali Dabo, Rəşad Sadiqov və Nika Kvekveskiri zədə səbəbindən sabahkı oyunu buraxacaqlar. Sizcə, hazırkı vəziyyətdə "Sent-Etyen"dən xal almaq nə dərəcədə inandırıcıdı?

- Bu amil komandanın işini daha da çətinləşdirəcək. Çünki adlarını çəkdiyiniz futbolçuların kifayət qədər təcrübələri var. Məncə, onlar zədəli olmasaydı belə, "Qəbələ"nin işi ağır olacaqdı. Digər tərəfdən, bu komandanın ehtiyat qüvvəsi də geniş deyil. Oyunçu sayı baxımından problemləri var. "Qəbələ"nin Fransadan xalla dönməsini hamı kimi, mən də arzulayıram. Ancaq açıq demək lazımdı, buna inamım azdı. Yalnız "döyüşərək" xal almaq olar.
 
- "Qarabağ" isə PAOK-u qəbul edəcək. Ölkə çempionunun qələbə şansını necə görürsüz?

- "Qarabağ" ötən turda "Fiorentina"ya böyük hesabla məğlub olandan sonra çoxları deyirdi ki, komanda özünə gəlməkdə çətinlik çəkəcək. Mən isə belə düşünmürəm. PAOK da bizə tanış komandadı. "Qəbələ" ötən mövsüm qrup mərhələsində onlara qarşı çıxış etmişdi. Ordan-burdan oxuduğum xəbərlərə görə, PAOK indi daha güclüdü, yaxşı transferlər edib. Buna baxmayaraq, inanıram ki, "Qarabağ" "Fiorentina"ya məğlubiyyəti qələbə ilə unutduracaq.
 
- PAOK-la qarşıdakı iki oyunun nəticəsi "Qarabağ"ın qrupdakı taleyinə aydınlıq gətirə bilərmi?

- Mənə elə gəlir ki, əsas rəqib məhz PAOK-du. Bu səbəbdən qarşıdakı oyunlar çox önəmlidi. Məhz bu iki matç "Qarabağ"ın taleyinə aydınlıq gətirə bilər. "Qarabağ" PAOK-dan 4 xal ala bilsə, qrupdan çıxacaq. Təmsilçimizin "Slovan"la da oyunu olacaq. "Qarabağ" onları Çexiyada məğlub edə bilər.
 
- Kapitan Rəşad Sadıqovun iştirakı sual altındadı. Onun yoxluğu müdafiədən hücum qurmaq baxımından ciddi problemə çevrilməz?

- Yəqin ki, Qurban Qurbanov bunu nəzərə alacaq. Rəşad oynasa, daha yaxşı olar. Amma olmasa da, onu əvəz edən futbolçunun bunu hiss etdirməməyə çalışacağına əminəm.
 
- PAOK-un sahibi İvan Savvidis komandanın qarşısına "Qarabağ"dan 6 xal almağı məqsəd qoyub...

- Elə bu sözlərinə görə "Qarabağ" onları cəzalandıracaq. Həmişə belə olur, rəhbərlər komandadan maksimum nəticə istəyirlər. Bəzən də bu, onlara baha başa gəlir. Çexiya yığmasının baş məşqçisi də millimizlə oyunöncəsi çox iddialı danışmışdı. Amma komandamız onlardan xal aldı. PAOK-un sahibi də 6 xal istəyirsə... Sabah onları Bakıdan xalsız yola salarıq.
 
- Necə düşünürsüz, bu mövsüm növbəti mərhələdə Azərbaycan klubunu görə biləcəyikmi?

- Yəqin ki, "Qarabağ"ı görə bilərik. "Qəbələ" üçün çətin olar.
 
- Bir qədər də çempionatımız barədə. Razısız ki, son illərin ən zəif mövsümünü izləyirik?

- Bizdə çempionat var ki? 8 komandalı çempionatdan nə danışaq? Bu nə çempionatdı? Mətbuatı izləyirəm, bəziləri deyir ki, çempionatımız yüksək səviyyədə keçir, gərginlik çoxdu. Amma mən bunları görmürəm. 8 komandalı çempionatda nə səviyyə artacaq, nə də gərgin mübarizə olacaq. Demək olar ki, bütün oyunlar Bakıda keçirilir. Elə bil Bakı çempionatıdı. "Kəpəz" - "Qarabağ" oyununda azarkeş çox idi. "Kəpəz" də Gəncədə azarkeşlərinin dəstəyi sayəsində mübarizə aparıb, rəqibindən xal aldı. Rayonlarda futbol olsa, o zaman inkişafdan danışmaq olar. Bakıda hansı oyuna azarkeş gedir? Futbola azarkeşlər gözəllik qatır. Azarkeş də rayonlarda olacaq, Bakıda yox. Bakıdakı oyunlar zamanı diqqət yetirin, futbolçularda motivasiya yüksək səviyyədə olmur. Digər tərəfdən, təzyiq hiss etmədikləri üçün rahat olurlar. Bir sözlə, çox zəif çempionat keçir.
 
- İctimaiyyət "Qarabağ"ın ötən mövsümlə müqayisədə zəiflədiyini düşünür. Bu, məhz çempionatdakı rəqabətsizlikdən qaynaqlanmır?

- Əlbəttə, bunun böyük təsiri var. Bir az "Qarabağ", "Qəbələ" və "İnter" seçilir. Avrokubokda iştirak etdiyi üçün "Qarabağ"la "Qəbələ" digərlərindən fərqlənir. Amma istər-istəməz onların da səviyyəsi aşağı düşür. Nəticədə 8 komandanın səviyyəsi bir-birinə yaxın olur. Çünki futbolçular çox "artıra" bilmirlər, rəqabət görmürlər.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Hər gün 1 qaşıq darçınlı bal yeməyin faydaları

26 İyun 2017 07:52

Monqolustanda bu gün prezident seçkiləri keçiriləcək

26 İyun 2017 07:43

"Bekhemi uzun müddət gözlədik, sonra Ronaldinyonu transfer etdik"

26 İyun 2017 07:42

Valideynlər övladlarını belə yamsıladılar - FOTO

26 İyun 2017 07:37

"Türkiyədən təklif almışdım, amma..."

26 İyun 2017 07:32

Çimərlikdə köpək balığı göründü - İnsanlar təxliyə edildi

26 İyun 2017 07:23

Yediyiniz meyvələrin tərkibindən xəbəriniz varmı? - SİYAHI

26 İyun 2017 07:22

Sakit okeanda zəlzələ baş verdi -

26 İyun 2017 07:20

"Qalatasaray"ın futbolçusu: "Fənərbağça"nın qapısına mütləq qol vuracam"

26 İyun 2017 07:17

Dünyanın ən heyrətamiz çimərlikləri - FOTO

26 İyun 2017 07:12

Yəməndə üsyançılar məsciddəki şəxslərə atəş açıblar: ölənlər və yaralananlar var

26 İyun 2017 07:07

Pəhriz saxlayanlar üçün kəsmikli bulka - RESEPT

26 İyun 2017 07:05

ABŞ-da 32 il qabaq həbsxanadan qaçan məhbusu tutulub

26 İyun 2017 06:50

Daşkəsən sakini bıçaqlandı

26 İyun 2017 06:43

Köhnə dəyirmanda ev - FOTO

26 İyun 2017 06:32

İŞİD tərəfdarları Ohayo ştatının hökumətinin saytlarını dağıdaraq Trampı hədələyiblər

26 İyun 2017 06:22

Pakistanda yanğın qurbanlarının sayı artdı

26 İyun 2017 05:59

ABŞ-da meşə yanğınları nəticəsində 1,5 min nəfər evakuasiya edilib

26 İyun 2017 05:55

Tovuzda 29 yaşlı oğlan alkoqoldan zəhərləndi

26 İyun 2017 05:48

Xorvatiya dağlarında qara ev - FOTO

26 İyun 2017 05:32

Meksikada silahlılar 4-ü uşaq olmaqla 11 nəfəri qətlə yetirib

26 İyun 2017 05:17

Argentinada qəza nəticəsində azı 12 nəfər ölüb, 20 xəsarət alıb

26 İyun 2017 05:15

Dəfn ediləndən 11 gün sonra atasına zəng etdi -

26 İyun 2017 05:12

İtaliyada Birinci Azərbaycan Film Festivalı başa çatdı

26 İyun 2017 04:53

İspaniyanın qadınlardan ibarət basketbol yığması Avropa çempionu olub

26 İyun 2017 04:32

Maraqlı illüstrasiyalar - FOTO

26 İyun 2017 04:32

Kolumbiyada batmış gəmidə ölənlərin sayı 9 çatıb

26 İyun 2017 04:29

Sekslə məşğul olmaq bədənə necə təsir edir? -

26 İyun 2017 04:15

İran rusiyalı turistlər üçün vizaları ləğv etdi

26 İyun 2017 03:53

Meksikada silahlı hücum 11 nəfərin həyatına son qoyub

26 İyun 2017 03:36

Qadınların gündəlik həyatı belədir? - FOTO

26 İyun 2017 03:32

Sərnişin avtobusu qəzaya düşdü: 12 ölü, 30 yaralı

26 İyun 2017 03:29

Cocuq Mərcanlıda raket aşkarlandı -

26 İyun 2017 03:10

Qazax sakini pomidordan zəhərləndi

26 İyun 2017 03:08

Argentinada ağır yol qəzası baş verib: 12 ölü, 30 yaralı

26 İyun 2017 03:07

26 yaşlı oğlan bıçaqlandı - Daşkəsəndə

26 İyun 2017 02:59

Daşkəsəndə 26 yaşlı gənc bıçaqlanıb

26 İyun 2017 02:52

Reallıqdan daha gözəl - FOTO

26 İyun 2017 02:32

Göyərtəsində 150 turist olan gəmi batdı

26 İyun 2017 02:04

İki nəhəngin mübarizəsi -

26 İyun 2017 02:04

Bakıda beynəlxalq rəqs festivalı keçiriləcək

26 İyun 2017 01:48

Tovuz sakini spirtli içkidən zəhərlənib

26 İyun 2017 01:47

Qazaxda qadın pomidordan zəhərləndi

26 İyun 2017 01:44

İran Rusiyalı turistlər üçün vizaları ləğv edib

26 İyun 2017 01:36

Yaponiya: əfsanə və futurizm arasında - FOTO

26 İyun 2017 01:32

59 yaşlı qadın ağacdan yıxılaraq xəsarət aldı - Gəncədə

26 İyun 2017 01:29

Xalq artisti Qəndab Quliyeva VƏFAT ETDİ

26 İyun 2017 01:25

DƏHŞƏTLİ EPİDEMİYA: Vəba xəstəliyindən 1300 nəfər öldü

26 İyun 2017 01:18

Kolumbiyada 150 nəfəri daşıyan qayıq qəzaya uğrayıb

26 İyun 2017 01:17

Diş daşlarından təbii yolla xilas olun -

26 İyun 2017 01:10