Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Bakıda yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb

Bakıda yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb

Cəlilabadda ağır qəza - 2 ölü, 2 yaralı (22 Mart 2017 20:54)
Bir ailənin 3 üzvü dəm qazının qurbanı oldu - NAXÇIVANDA (07 Mart 2017 12:43)
Bir ailənin 4 üzvü qətlə yetirildi (04 Mart 2017 07:34)

Tarix: 19 Oktyabr 2016 18:47

Bakı. 19 oktyabr. REPORT.AZ/ Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. 
"Report"un məlumatına görə, qəza Bakı-Qazax avtomobil yolunun 61-ci kilometrliyində, Qaradağ rayonunun Ələt qəsəbəsindən keçən hissəsində qeydə alınıb. 
Belə ki, 1951-ci il təvəllüdlü Sahib Sadıqov idarə etdiyi "VAZ 2107" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və yol kənarındakı dəmir arakəsməyə çırpılıb. 
Nəticədə sərnişinlər - 1990-cı il təvəllüdlü Saniyyə Sadıq qızı Sadıqova, 59 yaşlı Nisə Sadıqova və sürücü Sahib Sadıqov ağır bədən xəsarətlər ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, xəsarət alan hər üç şəxs bir ailənin üzvləridirlər. 

Teqlər:  Bakıda yol qəzasında ailənin üç üzvü xəsarət alıb



RƏYLƏR


Top xəbərlər