Azərbaycanda Ümumdünya Ərzaq Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycanda Ümumdünya Ərzaq Gününə həsr olunmuş tədbir keçirilib
18:57 19 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 19 oktyabr. REPORt.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin inzibati binasında Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşkilatçılığı ilə Ümumdünya Ərzaq Gününə həsr olunmuş tədbir keçirilib.
"Report"un xidmətin məlumatlna istinadən verdiyi xəbərə görə, günün tədbir “İqlim dəyişir: ərzaq və kənd təsərrüfatı da dəyişməlidir" mövzusuna həsr olunub. 
Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Azər Süleymanov bildirib ki, ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması sahəsində dövlət tərəfindən son illər mühüm tədbirlər həyata keçirilir.”
FAO-nun baş direktoru Jose Qratsiano da Silvanın əlamətdar günlə əlaqədar mesajını tədbir iştirakçılarına FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak çatdırıb.
Xanım Çakmak bildirib ki, indi 177 dövlət İqlim Dəyişikliyi üzrə Paris razılaşmasını imzalayıb və iqlim məsələləri həll olunmadan sıfır aclığa nail olmağın qeyri-mümkündür.
Tədbirdə “İqlim dəyişikliyi və kənd təsərrüfatı”, “Azərbaycanda kənd təsərrüfatının iqlim dəyişikliyinə uyğunlaşdırılması çağırışları” və “Heyvan sağlamlığına iqlim dəyişikliyinin təsiri” mövzularında təqdimatlar olub.
Tədbirin yekununda mövzu ətrafında geniş müzakirələr aparılıb. Eyni zamanda, tədbirdə iştirak edən 283 saylı orta məktəbin şagirdləri üçün Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyinə səfər təşkil edilib.





Xəbərin orijinal ünvanı: http://report.az/ask/umumdunya-erzaq-gunune-hesr-olunmus-tedbir-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR