Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

10 bankın əmanətçilərinə 460,889 mln. manat ödənildi

10 bankın əmanətçilərinə 460,889 mln. manat ödənildi

Date: 19 October 2016 19:03

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu il lisenziyası ləğv edilən 10 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

Fonddan Publika.az-a verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 460,889 mln. manat ödənilib.

Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 32,82 mln. manat, “Zaminbank” ASC - 50,976 mln. manat, “Kredobank” ASC - 18,07 mln. manat, “Dekabank” ASC - 2,85 mln. manat, “Atrabank” ASC - 13,936 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC - 1,876 mln. manat, “Bank of Azerbaijan” ASC - 24,091 mln. manat, “Gəncəbank” ASC - 969 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçiləri 119,977 mln. manat, "Bank Standard" QSC-nin qorunan əmanətçiləri isə 195,423 mln. manat kompensasiya alıblar.

İqtisadiyyat şöbəsi


Tags:  bankın əmanətçilərinə 460 889 mln manat ödənildi

RƏYLƏR


Top news