"Aycan" yeni quruluşda

"Aycan" yeni quruluşda
19:12 19 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 89-cu mövsümün ilk uşaq tamaşasının məşqlərinə start verilib. Tanınmış şair və dramaturq Xanımana Əlibəylinin "Aycan" əsəri əsasında hazırlanacaq eyniadlı tamaşanın quruluşçu rejissoru, əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu, quruluşçu rəssamı Olqa Şabanova, bəstəkarı Rüfət Ramazanov, rejissor assistenti Anar Seyfullayevdir. Yeni səhnə əsərində rəqslərin quruluşu Yelena Volkovaya məxsusdur.

Teatrın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, tamaşada rolları teatrın gənc və istedadlı aktyorları Günel Məmmədova, Asya Atakişiyeva, İradə Rəşidova, Simuzər Ağakişiyeva, Zümrüd Quliyeva, Təhminə Məmmədova, Könül Əbilova, Gülbəniz Mustafayeva, Anar Seyfullayev, Mirzəağa Mirzəyev, Nuranə Hüseynova, Xəyalə Meydanova, Müşfiq Əliyev, Ramiq Nəsirov, Natiq Fərzəliyev, Anar Səfiyev, Yusif Dadaşov iştirak edəcəklər.

Yeni tamaşanın noyabr ayının sonlarında təqdim olunması nəzərdə tutulur.
Məlumat üçün bildirək ki, "Aycan" tamaşası ilk dəfə Dövlət Gənc Tamaşaçılar Teatrında 70-ci illərdə səhnləşdirilib. Bundan başqa müəllifin "Dovşanın ad günü" əsəri əsasında hazırlanmış tamaşa cari ilin yanvar ayında ikinci dəfə hazırlanaraq izləyicilərə təqdim olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/481120.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR