Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

"Ən çox istədiyimiz gəlinimiz idi" - Əri tərəfindən öldürülən qadının baldızı - VİDEO - FOTO

"Ən çox istədiyimiz gəlinimiz idi" - Əri tərəfindən öldürülən qadının baldızı - VİDEO - FOTO

Date: 19 October 2016 19:17

Balakəndə 5 uşaq anası əri tərəfindən döyülərək qətlə yetirilib. 

ARB TV xəbər verir ki, hadisə  rayonun Poçtbinə kəndində qeydə alınıb. Kənd sakini, 1964-cü il təvəllüdlü Kainat Zeynəddin qızı Çobanovanın üzərində döyülməyə xarakterik xəsarətləri olan meyiti Balakən Rayon Mərkəzi Xəstəxanasının morquna daxil olub. 

Balakən Rayon Polis Şöbəsi və rayon prokurorluğunun əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, Kainat Çobanova əri, 1970-ci il təvəllüdlü Zeynal Ramazan oğlu Çobanov tərəfindən  qətlə yetirilib. Şübhəli şəxs qismində saxlanılan Zeynal Çobanov ifadəsində həyat yoldaşını sərxoş vəziyyətdə döydüyünü etiraf edib. 

Əşayə Somarova - mərhumun baldızı: "Mən evdə olmamışam. Söz-söhbət hamımızın arasında da olurdu. Elə bir şeylər olmuşdu. Ən çox istədiyimiz gəlinimiz idi. Sakit, yaxşı xasiyyətli biri idi. Heç vaxt xətrimizə dəymirdi".

Faktla bağlı Balakən Rayon Prokurorluğunda cinayət işi başlayıb, istintaq tədbirləri davam etdirilir.

Milli.Az




Tags:  çox istədiyimiz gəlinimiz idi Əri tərəfindən öldürülən qadının baldızı VİDEO FOTO

RƏYLƏR


Top news