Norveç Neft Fondu investisiya portfelində səhmlərin payını 70%-ə çatdırmağı düşünür

Norveç Neft Fondu investisiya portfelində səhmlərin payını 70%-ə çatdırmağı düşünür
19:22 19 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 19 oktyabr. REPORT.AZ/ Norveç dövlət komissiyası Dövlət Pensiya Fondunun (Neft Fondunun) investisiya portfelində səhmlərin payının 60%-dən 70%-ə artırılması və istiqrazların payının azaldılması ilə bağlı struktur dəyişikliyinin edilməsi barədə təklif verib.
"Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, son dəfə belə bir dəyişiklik 2007-ci ildə baş verib və o zaman fondun investisiya portfelində səhmlərin payı 40%-dən 60%-ə qaldırılıb. Belə bir struktur dəyişikliyi baş verərsə fond 88 mlrd. dollar investisiya ilə qlobal səhm bazarlarına ciddi müsbət təsir göstərə bilər. Belə ki, Norveç Pensiya Fondu dünyanın ən böyük aktivlərə sahib olan müstəqil fondudur. Onun aktivləri hazırda 880 mlrd. ABŞ dollarına bərabərdir. Fondun hazırda səhmlərə investisiyaları 530 mlrd. dollara yaxın olub, məcmu dünya üzrə tədavüldə olan səhmlərin kapitallaşmasının 1,3%-i təşkil edir.
Təkliflə bağlı norveçli ekspertlərin bir hissəsi bunun riskli addım olduğunu bidirsələr də, istiqraz bazarında faizlərin mənfi və ya 0%-a yaxın olması səbəbindən bir çox iqtisadçı investisiyaların məhz səhm bazarına edilməsinin doğru olduğu fikrini dəstəkləyib.
Norveç Pensiya Fondunun aktivlərin strategiyası üzrə icraçı direktoru Oyvind Şanke(Oyvind Schanke) isə səhm bazarında yeni səhmlərin emissiya edilməməsindən narazılığını bildirərək deyib ki, fond əsasən texnologiya sektorunda yeni şirkətlərin səhmlərinin tədavülə buraxılmasını gözləyir.
Norveç Pensiya Fondu 2 əsas fonddan ibarətdir: Dövlət Pensiya fondu-Qlobal(əvvəllər Dövlət Neft Fondu) və Norveç Pensiya Fondu-Norveç(Dövlət Sığorta Fondu). 2006-cı ildə Dövlət Neft Fondunun adı dəyişdirilərək Dövlət Pensiya Fondu olub.
Xatırladaq ki, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində səhmlərin payı 5%-ə bərabərdir. Hazırda bu göstəricinin 10%-ə qədər artırılması müzakirə olunur.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/norvec-neft-fondu-investisiya-portfelinde-sehmlerin-payini-70-e-catdirmagi-dusunur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR