Həmkəndlisini avtomobillə vurdu - FOTO

Həmkəndlisini avtomobillə vurdu - FOTO
19:22 19 Oktyabr 2016
48 Ölkə
Ölkə mətbuatı
A- A+

33 yaşlı sürücü avtomobillə həmkəndlisini vurub.

ARB Şəki xəbər verir ki, hadisə oktyabrın 18-i axşam saatlarında rayonun Muxax kənd ərazisində qeydə alınıb. Kənd sakini, Əfqan Şəmsəddin oğlu Süleymanov idarə etdiyi "Mercedes" markalı avtomobillə qəfildən maşının hərəkət zolağına çıxan piyada, həmkəndlisi 60 yaşlı Mahmud Məmmədşərif oğlu Musayevi vurub.

Zərərçəkən müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) travmatologiya şöbəsinə yerləşdirilib. Ona lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-stabil qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/481168.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR