Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Qarabağ”ın rəqibi yeni rekordların astanasında

“Qarabağ”ın rəqibi yeni rekordların astanasında

Date: 19 October 2016 19:27

Avropa Liqasının qrup mərhələsinin sabah Bakıda keçiriləcək "Qarabağ" - PAOK matçı turnirin tarixinə iki rekordla düşə bilər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Saloniki təmsilçisi iki göstəricidə mütləq rekord vurmağa yaxındı.

Belə ki, Ellada klubu turnirin qrup mərhələsinin ən sülhsevər komandalarından biridi. Avropa Liqası tarixində qrupda hamıdan çox - 16 heç-heçə edən PAOK Bakıda da eyni nəticəyə nail olsa, "Latsio" ilə şərikli rekordu yeniləyəcək.
 
Salonikililər həm də ən çox 0:0 hesabı edən iki komandadan biridi. PAOK "Liverpul"la eyni sayda 7 dəfə qolsuz heç-heçə edib. "Qarabağ"la görüşdə eyni nəticə qeydə alınsa, yunanıstanlılar yeni rekorda imza atacaq.

Milli.Az


Tags:  Qarabağın rəqibi yeni rekordların astanasında

RƏYLƏR


Top news