Bakı. 19 oktyabr. REPORT.AZ/ İŞİD silahlıları iki il altı ay ərzində 10 mindən çox Mosul sakinini qətlə yetirib.
"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, məlumatı "Аl-Sumaria" telekanalı yayıb.
Ekstremistlər əhalisi 1,3 mln. nəfər olan şəhəri dağıdıb. Telekanalın məlumatına görə, son 28 ay ərzində onlar yerli ərəblərə, xristianlara, yezidlərə, türkmənlərə və s. divan tutub.