ETSN: Yağışlar nəticəsində bir sıra ərazilərdə uçqun baş verib, qrunt sularının səviyyəsi qalxıb

ETSN: Yağışlar nəticəsində bir sıra ərazilərdə uçqun baş verib, qrunt sularının səviyyəsi qalxıb
19:52 19 Oktyabr 2016
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 19 oktyabr. REPORT.AZ/ Azərbaycan ərazisində atmosfer yağıntılarının normadan dəfələrlə artıq düşməsi nəticəsində ölkə ərazisində sürüşmə sahələrində aktivlik müşahidə olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Planalma Ekspedisiyası sürüşmə, uçqun, və subasma ilə bağlı daxil olan çoxsaylı müraciətlərlə əlaqədar gücləndirilmiş iş rejiminə keçib.
Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən bildirilib. 
Məlumata görə, ETSN-nin Geoloji Planalma Ekspedisiyasının mütəxəssisləri tərəfindən Abşeron yarımadası və respublika ərazisində aparılan monitorinq və müşahidələr intensivləşdirilib: "Mövcud olan sürüşmə, subasma və uçqun təhlükəsi olan yerlərdə monitorinqlər keçirilir. Respublika ərazisindəki mövcud sürüşmə sahələrinin bəzilərində, o cümlədən Bakıda və Abşeron yarımadasında atmosfer yağıntılarının təsirindən nisbi aktivlik müşahidə edilib, bəzi yerlərdə isə yeni sürüşmə ocaqları qeydə alınıb. Əhmədli və Masazır qəsəbələrində yağan yağışlar nəticəsində lokal sahədə uçqun prosesi baş verib. Əhmədli qəsəbəsində uçquna məruz qalmış sahənin uzunluğu 25 metr, hündürlüyü isə 4 metrdir. Masazır qəsəbəsində uçquna məruz qalmış sahənin uzunluğu isə 35 metr, hündürlüyü 3 metrdir. Zığ sürüşmə sahəsində nisbi aktivləşmə olsa da, uçqun və dağıntı qeydə alınmayıb".
"Sabunçu rayonunun Savalan qəsəbəsində, Daş karxanası yaşayış massivində və Şuşa şəhərciyində isə əraziyə düşən atmosfer yağıntıları nəticəsində qrunt sularının səviyyəsi qalxıb və subasma hadisəsi baş verib. Binəqədi rayonunun Məlikaslanov küçəsində də anoloji hal müşahidə edilib. Badamdar, Bayıl və Əhmədli qəsəbəsinin digər ərazilərində isə akivləşmə qeydə alınmayıb. Respublika ərazisində aparılan monitorinqlər zamanı Qobustan rayonunun Poladlı kəndində sürüşmə prosesinin aktivləşməsi nəticəsində kəndə yeganə girişi olan avtomobil yolu bağlanıb. Yolun 20-22 metr hissəsi tamamilə sıradan çıxıb. İsmayıllı rayonunun İstisu kəndi ərazisində isə yeni sürüşmə prosesi qeydə alınıb. Sürüşmə sahəsi təqribən 3 hektar ərazini əhatə edib. Sürüşmə sahəsinin eni 400-500 metr, uzunluğu 600-650 metr, sürüşmənin qırılma daşının hündürlüyü 4-6 metr arasında dəyişir", - məlumatda qeyd olunub.
Məlumatda həmçinin vurğulanıb ki, respublikanın digər yerlərində də, o cümlədən cənub bölgəsində Lənkəran-Lerik avtomobil yolunun 17-19-cu kilometrliyində, həmin avtomobil yolunun 45-ci kilometrliyində, Astara Deqədi Pəlikeş avtomobil yolunun bir neçə kilometrliyində, Qobustan rayonunun Poladlı sürüşmə sahəsində, Quba rayonunun Güləzi sürüşmə sahəsində, Quba-Xınalıq yolunun 36-44 kilometrliyində, Quba-Qonaqkənd avtomobil yolunun bir neçə kilometrliyində, Muğanlı-İsmayıllı avtomobil yolunun 2-ci, 11-ci kilometrliyində, Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci kilometrliyində, İsmayıllı rayonunun Xankəndi sürüşmə sahəsində, İsmayıllı rayonunun Basqal-Sulut avtomobil yolunun 9-cu kilometrliyində, Gədəbəy rayonunun Hacılar (Əyridərə), Tovuz rayonunun Qarağatlı, Cəlilabad rayonunun Sadatlı sürüşmə sahəsində ekzogen-geoloji proseslərin dinamikası üzərində monitorinq və müşahidələr davam etdirilir. Monitorinqlərin nəticələri barədə bülletenlər hazırlanaraq müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına məlumat verilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Bakıda yeniyetmlərdən ibarət quldur dəstəsi saxlanıldı

22 İyul 2017 20:53

Türkiyə və Almaniya XİN rəhbərləri arasında telefon danışığı olub

22 İyul 2017 20:50

Əziz həmkarlar, məhəlləmizə daş atmayın! - Aqil Ələsgər yazır

22 İyul 2017 20:49

Soyuqdəymənin qarşısını necə almalı?

22 İyul 2017 20:47

Taliban silahlıları azı 70 nəfər əsir götürüblər, 7 nəfər öldürülüb

22 İyul 2017 20:47

Osmanllı Quranının dəqiq yeri məlumdur?

22 İyul 2017 20:42

Ərəb şeyxindən 222 milyon avroluq təklif

22 İyul 2017 20:34

Xalq artistinə AĞIR İTKİ

22 İyul 2017 20:33

Eşlinin yeni kolleksiyası - FOTO

22 İyul 2017 20:32

Soçi görüşü: Bakı və Moskvanın strateji tərəfdaşlığında yeni mərhələ

22 İyul 2017 20:23

Quranın elmi möcüzələri

22 İyul 2017 20:22

Bolqarıstan KİV-də Azərbaycan Milli Mətbuat Günü münasibətilə məqalə dərc edilib

22 İyul 2017 20:22

Masallıda VAZ aşıb, sürücü yaralanıb

22 İyul 2017 20:17

Hemodializin risk faktorları

22 İyul 2017 20:17

Xəstəliklərin qənimi olan möcüzəli dərman

22 İyul 2017 20:12

“Ya əraziləri QAYTAR, ya da…”, müharibənin mümkün SSENARİSİ… - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

22 İyul 2017 20:08

“Bəyəm toyda qonaqlar dava salanda bəyi tuturlar ki, bunları sən çağırmısan?” - Vəkil

22 İyul 2017 20:05

Şamaxıda sahibsiz itlər insanlara hücum çəkir - VİDEO

22 İyul 2017 20:05

Voleybolu sevdirən gözəl - FOTO

22 İyul 2017 20:05

Çirkab suların çaya axıdılması Cəlilabad sakinlərini narahat edir - VİDEO

22 İyul 2017 20:05

PSJ-dən Neymara futbol tarixində görünməmiş təklif

22 İyul 2017 19:57

Azərbaycanlı gəlin namizəd:

22 İyul 2017 19:56

Ankara-Berlin əlaqələri müzakirə edilib

22 İyul 2017 19:54

Bakıda ilk balıq bazarı yaradılacaq

22 İyul 2017 19:52

Yüksək sürət "VAZ"ın sürücüsünü xəstəxanalıq etdi

22 İyul 2017 19:49

598 dolları olmayan bu ölkəyə gedə bilməyəcək

22 İyul 2017 19:47

Haqla batil arasında 4 barmaq fasiləsi

22 İyul 2017 19:47

Sankt-Peterburq şəhərinə qar yağıb

22 İyul 2017 19:47

Bəşəriyyətin ən böyük bəlası

22 İyul 2017 19:47

Keçmiş məhkumdan yarım kilo tiryək götürüldü

22 İyul 2017 19:44

Yayda ən gəlirli biznes sahələri

22 İyul 2017 19:42

2 saatda 5 dolları necə 650 dollar etmək olar?

22 İyul 2017 19:42

Namaz haqda maraqlı faktlar

22 İyul 2017 19:42

Zərdabinin ölümü və dəfni haqqında bilmədiklərimiz - Sabirin təklifi, ermənin hiyləsi...

22 İyul 2017 19:37

Qətər Körfəz ölkələrilə böhranın həllinə çağırır

22 İyul 2017 19:37

Şabrana istirahətə gedən ailəi qəzaya düşdü: 3-ü uşaq olmaqla 6 nəfər yaralanıb - YENİLƏNİB

22 İyul 2017 19:32

Sadə, ehtiraslı FOTOlar

22 İyul 2017 19:32

I və IV qrupların imtahanlarındakı testlərin düzgün cavablarını açıqlandı

22 İyul 2017 19:32

Kəşfiyyatçının xatirələrindən bəhs edən kitab işıq üzü gördü

22 İyul 2017 19:27

Sabunçuda çay evlərini talayan şəxs ələ keçdi

22 İyul 2017 19:24

Dini zəmanəyə uyğunlaşdırmaq olarmı?

22 İyul 2017 19:22

Taksi sürücüsündən qıza 40 manat qarşılığında əxlaqsız təklif -

22 İyul 2017 19:19

Böyrək səbəbli arterial təzyiq

22 İyul 2017 19:17

Ürək -damar sisteminə faydalı olan içkilər

22 İyul 2017 19:12

Lent.az-ın layihələrindən daha biri kitab oldu: “Kod adı: “REY””

22 İyul 2017 19:09

Premyer Liqada transfer rekordu qırıldı

22 İyul 2017 19:07

"Aşk ve Mavi"nin aktrisası sevgilisi ilə - FOTO

22 İyul 2017 19:05

Qənirə Paşayeva TBMM başqanı ilə görüşüb

22 İyul 2017 19:04

Argentinada insan siması olan çəpiş doğulub

22 İyul 2017 19:02

Dünənin və bu günün məşhur imzaları - REPORTAJ

22 İyul 2017 18:59