BANM və ABB şirkətləri arasında razılaşma imzalanıb

BANM və ABB şirkətləri arasında razılaşma imzalanıb
19:57 19 Oktyabr 2016
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 19 oktyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbi və ABB şirkəti arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb.
"Report"un SOCAR-ın saytına istinadən verdiyi xəbərə görə, rektor Elmar Qasımov BANM-nin beynəlxalq şirkətlərlə qurulan əməkdaşlığı haqqında danışıb. O, yaxın dövrdə ən müasir tələblərə cavab verən kampusunda Ali Məktəbin əməkdaşlıq etdiyi şirkətlərin laboratoriyaları və mərkəzlərinin fəaliyyət göstərəcəyini deyib. Rektor BANM-in ildən-ilə müxtəlif beynəlxalq və yerli neft-qaz, o cümlədən kimya sənayesi və avtomatika üzrə şirkətlərlə əlaqələrinin daha da artdığını və hər bir əməkdaşlığın məhz tələbələrin yüksək ixtisaslı mütəxəssis kimi yetişməsi və onların gələcək karyerasında bir stimul olduğunu qeyd edib. 
ABB şirkətinin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Rüstəm Qasımov ali təhsil ocağı ilə şirkətin əlaqələrinin dinamik inkişafından danışıb. 
Sonra Bakı Ali Neft Məktəbi ilə ABB şirkəti arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb. Tədbirdə İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Philipp Stalder, ABB şirkətinin Neft, qaz və kimya üzrə baş meneceri Martin Qreydi iştirak ediblər. 
Xatırladaq ki, 1988-ci ildə təsis edilmiş və baş ofisi Sürix şəhərində yerləşən ABB şirkəti elektrotexnologiyalar və avtomatika sahəsində aparıcı şirkətlərdən biri olaraq dünyanın 100-dən artıq ölkəsində fəaliyyət göstərir. Şirkət 145.000-dən çox işçiyə sahibdir. 

Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/banm-ve-abb-sirketleri-arasinda-razilasma-imzalandi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR