Rusiyanın Qarabağ SSENARİSİ, şəhər qapısında kəsik başlar... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Rusiyanın Qarabağ SSENARİSİ, şəhər qapısında kəsik başlar... – GÜNÜN SİYASİ XÜLASƏSİ
20:03 19 Oktyabr 2016
185 Ölkə
Ölkə mətbuatı
A- A+

Erməni mediası Ankara və Moskvanın Qarabağ üzrə razılaşdığını iddia edib. Separatçıların keçmiş “XİN rəhbəri” Arman Melikyanın fikrincə, İrəvan ərazilərin qaytarılmasına imza atıb. Mosulun İŞİD-dən azad edilməsi üçün keçirilən əməliyyat üçüncü gününə daxil olub. Qərb mediası isə İraq ordusu və ABŞ-ın başçılıq etdiyi koalisiya güclərinə “faciə” vəd edib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hücum strategiyasını elan edərək “Misaki Milli”ni növbəti dəfə gündəmə gətirib.

Ərdoğan və Putin Qarabağ üçün razılaşdı – Ankaranın ŞƏRTLƏRİ

Erməni politoloqu Manvel Sarisyanın iddiasına görə, Türkiyə-Rusiya münasibətləri düzələndən sonra məntiqi olaraq erməni məsələsi gündəmə gəlməli idi və Türkiyənin irəli sürdüyü tələb Rusiya tərəfindən qəbul edilib.

“Ankara 5 rayonun Azərbaycana qaytarılmasını təklif edib. Moskva da bunu qəbul edib. Rusiya da erməni-türk münasibətlərinin normallaşması şərtini irəli sürüb. Türkiyə şərtlərinin qəbul ediləcəyi halda, bu tələblə razılaşıb”, - politoloq deyib.

O, Rusiyanın istəkləri qarşılığında Bakının da şərtlərinin olduğunu bildirib: “Bakı bəyan edir ki, Qarabağı qaytarın və biz Avrasiya İqtisadi İttifaqına giriş haqda düşünək. Rusiya Türkiyə və Azərbaycanla münasibətlərə önəm verir. Burada Ermənistan sadəcə alətdir. Maraqlıdır ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclasında Serj Sarkisyan prezidentlərin birgə bəyanatını oxumadı. Çünki bu, Qazaxıstan və Türkiyənin xoşuna gəlməyə bilər. Hesab etmək olar ki, Rusiya Sarkisyanın bəyanatı oxumasına icazə verməyib. Ermənistanı bu prosesdə xırda pul adlandırmaq olar”.

Qondarma “DQR”-in keçmiş “XİN rəhbəri” Arman Melikyan isə bu fikirdədir ki, İrəvan ərazilərin qaytarılmasına imza atıb: “Bizim könüllü şəkildə qəbul etdiyimiz Madrid prinsipləri yalnız bir variantı özündə ehtiva edir. Bu da ərazilərin qaytarılmasıdır. Biz bu sənədi imzalamışıq”.

Onun sözlərinə görə, Vyana və Sankt-Peterburqda əldə olunmuş razılıqlar da Madrid prinsiplərinin məntiqindən çıxış edir. Erməni siyasətçi qeyd edib ki, İrəvan danışıqlar prosesində nəsə etməsə, hər şey çox gec olacaq.

Azərbaycan Prezidenti İlham Əliyevi Rusiya mediasına müsahibə verməsi Ermənistanda ciddi rezonans yaradıb.Ermənistan mediası bunu Serj Sarkisyanın alçaldılması kimi şərh ediblər.

“İrəvan sammitində Serj Sarkisyanı lağa qoydular, Rusiya mediası isə İlham Əliyevi şərəfə layiq gördü”, - deyə “1in.am” saytı yazıb. Sayt yazır ki, Ermənistanın müstəqilliyi sual altındadır: “Buna səbəb Ermənistan hakimiyyətinin davranışıdır. Rusiya Qarabağ ssenarilərini işə salır və erməni hakimiyyəti bunun qarşısında boyun əyir”.

Şəhərin qapısında 20 kəsik baş asdılar - GÖZDAĞI

Mosul əməliyyatının üçüncü günündə şəhərdən qaçış başlanıb. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Mosuldan qaçan təxminən 900 nəfərlik ilk böyük qrupun Suriya sərhədini keçdiyini açıqlayıb. Onlar qaçqın düşərgəsində yerləşdirilib.

İŞİD terror təşkilatı isə mülki əhalinin şəhərdən qaçmasına mane olmaq üçün sərt üsullara əl atır. Təşkilat sakinlərə gözdağı vermək məqsədilə şəhər qapısından 20 kəsilmiş baş asıb. Şəhərdən qaçanlar arasında qadın paltarı geyinən İŞİD üzvlərinin də olduğu bildirilir. Sünni lider və İraqın baş nazirinin keçmiş köməkçisi Saleh Mutlak televiziyadan Mosul əhalisinə “İŞİD-ə qarşı qiyam qaldır” çağırışı edib.

İranın təlim keçdiyi şiə milisləri isə türkman qəsəbəsi olan Telaferə qərb istiqamətdən daxil olacaqlarını bildirib. Bölgədəki mənbələrdən alınan məlumatlara görə, əməliyyatın başlandığı gündən bu günə kimi İŞİD-in 100-dən üzvü öldürülüb.

Amerikan CNN televiziyasının İraq ordusunun komandirlərindən Kasım Əl-Malikiyə istinad edərək verdiyi xəbərə görə, iki zirehli birlik şəhərin kənar məhəllələrinin təxminən 5 kilometrliyindədir.

İraqın Mosul şəhərinin İŞİD-dən azad edilməsi əməliyyatı İraq ordusu və ABŞ-ın başçılıq etdiyi koalisiya gücləri üçün “tam faciə” ilə başa çata bilər. Bu xəbərdarlıqla The National Interest” nəşrində istefada olan polkovnik Deniel Devis yazıb. Onun sözlərinə görə, koalisiyanı ciddi problemlər gözlədiyini göstərən bütün əlamətlər var. Polkovnik qeyd edir ki, əməliyyat ilk növbədə Mosulun dinc sakinləri üçün faciə ilə başa çata bilər.

“Yaranmış vəziyyət Vaşinqtonun inadkarlığının və hərbi gücün köməyi ilə hamını öz iradəsinə tabe etmək cəhdinin nəticəsidir. Bundan başqa, ABŞ daim mürəkkəb və çoxölçülü problemlərin sürətli həllini tapmağa çalışır. Bu prinsiplərə əsaslanan xarici siyasət daim problemlər gətirir”, - Devis deyib.

“Times” qəzetinin xəbərinə görə, İŞİD Mosulda 150 avtomobil və 250 pilotsuz uçuş aparatına bomba yerləşdirib.Bu, bir tank batalyonunu tamamilə yox etmək üçün kifayət edir. Şəhərdəki İŞİD döyüşçülərinin sayı isə təxminən 5 min nəfərdir.

“Financial Times”in xəbərinə görə, İŞİD döyüşçüləri şəhər ətrafında çoxlu sayda tunel qazıb və bu tunellərdən istifadə edərək geri çəkilib. Terror təşkilatının şəhərin ətrafına çoxlu sayda mina yerləşdirdiyi bildirilir.

Türkiyə mediasının yazdığına görə, Ankara Mosul əməliyyatları üçün hava bazalarından istifadəyə icazə verib.

Mosul əməliyyatları üçün İncirlik və Diyarbəkir hərbi hava bazalarından istifadə ediləcək. Türkiyə ilə əldə edilən razılığa əsasən, Türkiyə Mosul əməliyyatına qatılan hərbiçiləri hərbi hava bazası ilə təmin edəcək. Türkiyənin baş naziri Binəli Yıldırım da açıqlamasında deyib ki, bütün bunlar Türkiyənin Mosul əməliyyatında iştirakını nümayiş etdirir.

Hitlerin dəhşətli silahından istifadə edəcəklər – 2 milyon insan öləcək

ABŞ isə İŞİD-in Mosul şəhərində kimyəvi silahdan istifadə edə biləcəyi barədə xəbərdarlıq edib. Eyni xəbərdarlığı Türkiyənin “Hürriyet” qəzetinin yazarı Abdülkadir Selvi səsləndirib.

Onun sözlərinə görə, İŞİD Mosulda II Dünya Müharibəsi zamanı Hitlerin istifadə etdiyi zəhərli sarin qazından istifadə edə bilər.

Abdülkadir Selvi İŞİD-in əlində kimyəvi silahların olduğunu deyib “Məlumatlara görə, İŞİD bu silahları bir müddət öncə Suriyadan Mosula gətirib. Terror təşkilatının əlində sarin tərkibli kimyəvi qaz bombalarının olduğu iddiaları var. Öldürücü təsiri yüksək olan bu qaz bombaları daha əvvəl Hitler tərəfindən istifadə olunub”.

Hitlerin dəhşətli silahından istifadə edəcəklər – 2 milyon insan öləcək

İŞİD Mosulda II Dünya Müharibəsi zamanı Hitlerin istifadə etdiyi zəhərli sarin qazından istifadə edə bilər.

Dörd trilyonluq neft müharibəsi: II Əbdülhəmiddən qalan savaşın PƏRDƏARXASI – VİDEO

İraqın Mosul şəhərinin İŞİD terror təşkilatından azad edilməsinə Qərbin göstərdiyi maraq əslində buradakı zəngin neft və təbii qaz ehtiyatlarından qaynaqlanır.

Bunu Türkiyənin “Yeni Şafak” nəşrində Arzu Kurum yazıb.

Onun sözlərinə görə, baş verənlər əslində neft döyüşüdür. Türkiyənin təxminən 100 il əvvəl tərk etdiyi torpaqlar arasında ən qiymətli olaraq tanınan Mosulun bu gün yenidən böyük bir mübarizə meydanına çevrildiyini qeyd edən yazar Mosul və Kərkükdə enerji ehtiyatlarının pulla ekvivalentinin 4 trilyon dolları keçdiyini bildirib.

Dörd trilyonluq neft müharibəsi: II Əbdülhəmiddən qalan savaşın PƏRDƏARXASI - VİDEO

İraqın Mosul şəhərinin İŞİD terror təşkilatından azad edilməsinə Qərbin göstərdiyi maraq əslində buradakı zəngin neft və təbii qaz ehtiyatlarından qaynaqlanır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hücum strategiyasını elan edərək “Misaki Milli”ni növbəti dəfə gündəmə gətirib. “Türkiyəni 1923-cü ildən bəri həbs edənlərin məqsədi coğrafiyamızdakı minillik varlığımızı, Səlcuqlu və Osmanlı keçmişimizi bizə unutdurmaqdır”, - Ərdoğan deyib.

Ərdoğan Türkiyənin artıq təhdid ünsürlərinin hücum etməsini gözləməyəcəyini, lazım olarsa, sərhəd xaricində əməliyyatlar keçirəcəyini bildirib. O, 1923-cü il siyasətinin aktuallığını itirdiyini söyləyib.

Ərdoğan hücum strategiyasını elan etdi - “Misaki Milli”- VİDEO

“Türkiyəni 1923-cü ildən bəri həbs edənlərin məqsədi coğrafiyamızdakı minillik varlığımızı, Səlcuqlu və Osmanlı keçmişimizi bizə unutdurmaqdır”.

Türkiyədən yeni əməliyyat – “Dəclə qalxanı”

Türkiyənin İraqda yeni əməliyyata başlamaq ehtimalı ilə bağlı iddia irəli sürülüb. Mosul əməliyyatından sonra Türkiyənin sabitliyini pozacaq hər hansı addım atılsa, ordu bununla bağlı tədbir görəcək. Məlumata görə, əgər PKK-nın Sincarda yaratdığı qruplaşma Təlafərə, İraqa doğru yönəlsə və İŞİD rəsmi Ankaraya qarşı sərt addım atsa, Türkiyə “Fərat qalxanı”nın bənzəri olan “Dəclə qalxanı” əməliyyatına başlayacaq.

Qərb Kremlə qarşı son silaha əl atır – ÖLDÜRÜCÜ OLACAQ

“ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirə bilər. Məhdudiyyətlər Suriyanın Hələb şəhərinin bombalanmasında günahkar olan Rusiya şirkətləri və yüksək vəzifəli şəxslərə aid olacaq”.

Bunu Ratqers Universitetinin (ABŞ-ın Nyu-Cersi ştatı) politologiya üzrə professoru Aleksandr Motıl bildirib. Onun sözlərinə görə, Qərbin sanksiyaları siyasi və iqtisadi elitaya qarşı yönəlməlidir.

“Beləliklə, sanksiyalar onların Qərbdəki hesablarını dondurmalı, onların və ailə üzvlərinin Qərbə səfər hüququnu və kreditlərə girişini məhdudlaşdırmalıdır. Ola bilər, artıq Rusiyanın SWIFT-dən uzaqlaşdırılması haqqında ictimai müzakirələrə başlamağın vaxtı gəldi. Putin anlamalıdır, bu ola bilər. Avropa Birliyinə gəlincə, onun xüsusi iqtisadi alətləri var. Amma, bildiyim qədər, Avropa Birliyində hansısa gizli məxfi silah yoxdur”, - o, vurğulayıb.

Qərb Kremlə qarşı son silaha əl atır – ÖLDÜRÜCÜ OLACAQ

Məhdudiyyətlər Suriyanın Hələb şəhərinin bombalanmasında günahkar olan Rusiya şirkətləri və yüksək vəzifəli şəxslərə aid olacaq”.

İŞİD Atatürkün mavzoleyini partlatmağı planlaşdırırdı

Ankarada günün ilk saatlarında təşkil edilən əməliyyatda İŞİD terror qruplaşmasının üzvü öldürülüb.

Hadisə yerinə gələn Ankara valisi Ercan Topaca və polis müdiri Mahmut Karaaslan İŞİD üzvünün kamikadze hücumuna hazırlaşdığına dair ciddi dəlillərin tapıldığını bildiriblər. O, terrorçunun “Anıtkabir” (Atatürk mavzoleyi) və keçmiş parlament binası ətrafında üç dəfə kəşfiyyat apardığına dair kamera qeydlərinin olduğunu deyib. Onun sözlərinə görə, terror aktının oktyabrın 29-da - Cümhuriyyət bayramında həyata keçirilməsi planlaşdırıla bilərdi.

Öldürüldüyü evdə kiyayədə qalan İŞİD üzvünün 1992-ci ildə Adanada doğulan və Diyarbəkrdə qeydiyyatda olan Əhməd B. olduğu müəyyən edilib.

Türkiyənin Diyarbəkr vilayətində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib. 25 ünvanda eyni vaxtda keçirilən əməliyyatda 20 şübhəli saxlanılıb.

Məlumata görə, saxlanılanların bəziləri terror hücumlarına hazırlaşırdı.

Suriyanın Hələb şəhərində hava əməliyyatlarının dayandırılmasına baxmayaraq, Dəməşq şəhərə hücum etmək niyyətindədir. Suriya prezidenti Bəşər Əsəd İsveçrənin SRF telekanalına müsahibəsində deyib ki, yerli əhalini qorumaq üçün terrorçuları Hələbdən çıxarmaq məcburiyyətindədir.

Onun sözlərinə görə, terrorçuluqla mübarizə ayrı-ayrı silahlı birləşmələrin yox, hökumətin vəzifəsidir.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/172781.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR