Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Lampoçka" bağlayırdı - Yıxılıb ağır yaralandı

"Lampoçka" bağlayırdı - Yıxılıb ağır yaralandı

Date: 19 October 2016 20:32

Bakıda 45 yaşlı kişi mənzilində lampa dəyişərkən şüşə parçasının üzərinə yıxılıb.

Milli.Az report-a istinadən məlumatına görə, hadisə Xəzər rayonunun Şüvalan qəsəbəsində qeydə alınıb. Burada 1971-ci il təvvəllüdlü Sahib Nuriyev sahibi olduğu mənzildə çılçırağın elektrik lampalarını yenisi ilə əvəzləmək istəyib.

O ehtiyatsızlıqdan yıxılaraq yerdəki şüşə parçasının üzərinə düşüb. Nəticədə S.Nuriyev qarın nahiyyəsindən ağır xəsarət alıb.

Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. O, əməliyyat olunub, vəziyyəti orta-ağırdır.

Milli.Az


Tags:  Lampoçka bağlayırdı Yıxılıb ağır yaralandı

RƏYLƏR


Top news