Qobustanda "Dini radikalizmlə mübarizə" mövzusunda maarifləndirici tədbir keçirilib

Qobustanda "Dini radikalizmlə mübarizə" mövzusunda maarifləndirici tədbir keçirilib
20:37 19 Oktyabr 2016
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 19 oktyabr. REPORT.AZ/ Qobustan rayonunda "Dini radikalizmlə mübarizə" mövzusunda dini maarifləndirici tədbir keçirilib.
Komitənin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Qobustan rayonu Təklə kənd tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin və Qobustan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Dini radikalizmlə mübarizə" mövzusunda dini maarifləndirici tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Dövlət Təhlükəsizliyi Xidmətinin Şamaxı regional şöbəsinin əməkdaşı Ramil Zeynallı, Qobustan rayon Polis Şöbəsinin Narkotiklərlə Mübarizə qrupunun əməliyyat müvəkkili Zaur Tağıyev, Qobustan şəhər “Heydər” məscidi dini icmasının sədri Çingiz Babaşov, ağsaqqallar, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli bildirib ki, radikalizmi doğuran başlıca səbəblərdən biri İslam dini haqqında məlumatsızlıq və yanlış yönləndirilmədir: " İslam dini haqqında bilgiləri zəif olan insanların radikal cərəyanlara, qruplara cəlb edilməsi daha asan olur. Ona görə də dini radikalizmlə mübarizədə ilk növbədə dini maarifçilik işinin təşkilinə xüsusi önəm verilməlidir".
Rayon Polis Şöbəsinin Narkotiklərlə Mübarizə qrupunun əməliyyat müvəkkili Zaur Tağıyev və Qobustan şəhər “Heydər” məscidi dini icmasının sədri Çingiz Babaşov çıxış edərək radikal dini cərəyanların yaranması, təbliğat metodları, habelə bu cür hallara qarşı mübarizə üsulları haqqında geniş məlumat veriblər.

Xəbərin orijinal ünvanı: http://report.az/din/qobustanda-dini-radikalizmle-mubarize-movzusunda-maariflendirici-tedbir-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR