Faciə: iki azyaşlı uşaq öldü

Faciə: iki azyaşlı uşaq öldü
21:08 19 Oktyabr 2016
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Göygöldə dəm qazından zəhərlənmə olub.

Publika.az-ın verdiyi məlumata görə, hadisə Göygöl şəhərinin Babək küçəsində qeydə alınıb.

Gəncə sakini, 1976-cı il təvəllüdlü Bahar Abbasova və onun iki azyaşlı övladı dəm qazından zəhərlənib.

Hadisə nəticəsində 2 yaşlı Abbasov Tuncay Vüsal oğlu və 4 yaşlı Abbasova Xədicə Vüsal qızı vəfat edib, Bahar Abbasova isə Göygöl Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

apa.az


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/172791.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR