Prezident İlham Əliyev: "Azərbaycan daim əsassız hücumlar obyektinə çevrilir"

Prezident İlham Əliyev: "Azərbaycan daim əsassız hücumlar obyektinə çevrilir"
21:12 19 Oktyabr 2016
20 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan daim əsassız hücumlar obyektinə çevrilir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Rossiya seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova "Sputnik Azerbaydjan" üçün müsahibəsində deyib.

Dövlətimizin başçısı Qərbdə mövcud olan ikili standartlara toxunub: "Bilirsiniz, bizim cəmiyyətimiz bunu ədalətsizliyin, qeyri-obyektivliyin və qərəzliliyin ifrat forması kimi qəbul edir. Amma əgər məsələnin mahiyyətinə baxsaq, Azərbaycanda bütün demokratik normalar istisnasız təmin olunur. Sərbəst toplaşma azadlığı - referendum ərəfəsində müxalifət şəhərin mərkəzində mitinqlər keçirirdi. O başqa məsələdir ki, oraya maksimum 800 adam gəlmişdi, onlar da özlərinin yaxın dostları və qohumları idi. Lakin heç bir məhdudiyyət yox idi. Bizdə mətbuat azadlığı var: yüzlərlə qəzet, jurnal, televiziya, çoxlu kanallar, senzurasız internet, azad internet. Artıq əhalimizin 75 faizdən çoxu internet istifadəçiləridir. Yəni, belə şəraitdə mətbuata təzyiqdən necə söhbət gedə bilər? Bu, mümkün deyil. Bizim belə bir məqsədimiz də yoxdur. Bizdə bütün azadlıqlar təmin olunur. Lakin buna baxmayaraq, Azərbaycan daim əsassız hücumlar obyektinə çevrilir. Guya bizdə demokratiya yoxdur, azadlıqlar sıxışdırılır, insan hüquqları pozulur... Bütün bunlar real faktlara əsaslanmayan, siyasi baxımdan məqsədyönlü hərəkətlərdir, Azərbaycana qarayaxma, təzyiq və şantaj xarakteri daşıyır. Bunun bir neçə səbəbi var. Bunlardan ən başlıcası odur ki, Azərbaycan öz yolu ilə gedir".

İlham Əliyev əlavə edib: "Biz müstəqil siyasət yürüdürük və bu siyasət heç kəsə, o cümlədən bizə bu çirkin hücumları edənlərə qarşı yönəlməyib. Bizim Avropa İttifaqına üzv ölkələrlə, ABŞ-la olduqca geniş siyasi, iqtisadi, enerji əlaqələrimiz var. Siyasi əlaqələr səviyyəsində bizim tərəfdaşlıq münasibətlərimiz mövcuddur. Lakin, görünür, həmin ölkələrin müəyyən dairələrinə bu, azlıq edir, onlar daha çox istəyirlər. Bəlkə bizim etibarlı olmağımıza əmin deyirlər. Hər yerdə nə istəyirlərsə, burada da onu. Yəqin, təlimatların yerinə yetirilməsini. Biz isə bu rola yaramırıq. Biz bu rolu özümüz üçün heç təsəvvür də edə bilmirik. Biz ləyaqətli, özünü təmin edən dövlətik. Heç kəsdən heç nə istəmirik. Bizim xarici borcumuz çox azdır, heç bir ölkə qarşısında heç bir öhdəliyimiz yoxdur. Biz əməkdaşlıq etmək istəyirik, amma işlərimizə müdaxilə olunmasını, qeyri-hökumət təşkilatları adı altında siyasi partiyaların gizli maliyyələşdirilməsini, sabitliyin pozulması, daxili işlərimizə açıq müdaxilə olunması cəhdlərini qətiyyən istəmirik. Təbii ki, biz bu cür fəaliyyətin qarşısını almaq üçün tədbirlər görürük".

Prezident qeyd edib ki, Azərbaycan müstəqil suveren dövlətdir və hamıdan buna hörmətlə yanaşmağı xahiş edirik: "Amma görünür, onlar daha artığını istəyirlər. Səbəblərdən biri də Qərbdə, həm də təkcə Qərbdə yox, əksər ölkələrdə mövcud olan erməni lobbi qurumları ilə əlaqədar təşkilatların daimi antiazərbaycan fəaliyyətidir. Mən istisna etmirəm ki, səbəblərdən biri bəlkə də odur ki, Azərbaycan bizi vaxtaşırı olaraq cəlb etmək istədikləri heç bir kampaniyaya qoşulmur. Mən hətta deyərdim ki, bunlar kampaniya yox, avantüradır. Biz özümüzə sərfəli olmayan yerə getmirik. Bir də yəqin səbəblərdən biri budur ki, bir sıra hallarda digər ölkələrə təlimatlar vermək, onları idarə etmək, istiqamətləndirmək alındığı halda, bizdə bu, alınmır. Mən həmişə demişəm ki, qulaq asın, biz rəqib deyilik və yenə də əksinə, biz yalnız əməkdaşlığa can atırıq. Bizim heç bir ölkəyə qarşı mənfi niyyətimiz yoxdur. Niyə də olmalıdır? Bizim enerji sektorunda dünyanın hər yerindən - Amerikadan, İngiltərədən, Fransadan, İtaliyadan, Yaponiyadan şirkətlər işləyirlər. Onlar bizim tərəfdaşlarımızdır, yaxşı işgüzar münasibətlərimiz var. Biz deyirik, xahiş edirik: bizim işlərimizə qarışmayın, lazım deyil, xeyiri olmayacaq. Budur, 800 nəfərlik mitinq, bizim bütün müxalifətimiz budur. Həm də onlar bütün ölkədən toplamışdılar, bir neçə gün zəngləşmişdilər, maliyyələşdirmişdilər. Daha nə istəyirlər? Bəli, bizim ölkəmizdə hökumətə əleyhinə əhval-ruhiyyə yoxdur".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Dini məsələləri bilmədiyi halda fitva vermək düzdür?

23 İyul 2017 20:52

"Panatinaikos" - “Qəbələ”: Hakimlər açıqlandı

23 İyul 2017 20:48

Ölüm nədir?

23 İyul 2017 20:47

Yapon dənizində Şimali Koreyaya məxsus sualtı qayıq gözlənilmədən fəallaşıb

23 İyul 2017 20:46

Tər qoxusu gəldiyi halda namaz qılmaq olarmı?

23 İyul 2017 20:42

Mərasimə ekstravaqant geyindi - FOTO

23 İyul 2017 20:32

Şıxov çimərliyində iyrənc olay – TURİSTİ PALTARSIZ QOYDULAR

23 İyul 2017 20:29

İranda qatar relsdən çıxdı: 7 yaralı

23 İyul 2017 20:28

Sumqayıtda güclü yanğın: 8 ailə çətin durumda - VİDEO

23 İyul 2017 20:22

Mingəçevir sakini evində 50-dən çox pişik saxlayır - VİDEO

23 İyul 2017 20:22

Hz. Əlinin qılıncı neçə başlı idi?

23 İyul 2017 20:22

Bərdədə bir nəfər Kür çayında batıb

23 İyul 2017 20:20

Avtobusda sürücü ilə sərnişinlər arasında mübahisə - səbəb kondisionerdir - VİDEO

23 İyul 2017 20:17

Bakıda turistin həyatını xilas edən polis danışdı - VİDEO

23 İyul 2017 20:17

Dizləriniz niyə xırçıldayır?

23 İyul 2017 20:17

Bu binada 400-ə yaxın ailə 3 ildir liftsiz qalıb - VİDEO

23 İyul 2017 20:17

Bakıda yeni dələduzlar peyda olub - ALDANMAYIN - VİDEO

23 İyul 2017 20:17

Dəridə qaşıntı nədən olur?

23 İyul 2017 20:12

Ağcabədidə pambıq sahələri susuz qalıb - VİDEO

23 İyul 2017 20:12

300-dən çox ailənin yaşadığı binaya isti su verilmir - VİDEO

23 İyul 2017 20:12

Qadın boksçularımız AVRO-2017-də 3 medal qazandı

23 İyul 2017 20:09

Tovuzda iki minik avtomobili toqquşub

23 İyul 2017 20:05

Xəzərdə batan 2 nəfər xilas edilib

23 İyul 2017 20:05

Alman gözəl Kannda dincəlir - FOTO

23 İyul 2017 20:05

Çoxallahlıq hansı dəlillərlə inkar olunur?

23 İyul 2017 19:57

Əfqanıstanda azı 34 "Taliban" üzvü məhv edilib

23 İyul 2017 19:55

Tovuzda iki avtomobil toqquşdu

23 İyul 2017 19:53

Kür çayında 1 nəfər batıb

23 İyul 2017 19:52

"Administrasiya Rusiyaya qarşı sanksiyaları dəstəkləyir" - Sara Sanders

23 İyul 2017 19:52

Fitva nə deməkdir?

23 İyul 2017 19:52

Hermofroditizm nədir?

23 İyul 2017 19:47

Məhəmməd peyğəmbər kimdir?

23 İyul 2017 19:42

Bakıda qəribə hadisə: avtomobilin şüşə tavanını çəngəl-bıçaqla deşdilər

23 İyul 2017 19:39

Əfqanıstanda azı 34 "Taliban" üzvü məhv edilib

23 İyul 2017 19:37

Rəfiqələr çimərlikdə əyləndilər - FOTO

23 İyul 2017 19:32

"Taliban"a AĞIR ZƏRBƏ: 34 ölü, 30 yaralı

23 İyul 2017 19:28

Parkda sevişən cütlük hücuma məruz qaldı -

23 İyul 2017 19:28

Peyğəmbər və səhabələri bütləri və pirləri necə dağıtdılar?

23 İyul 2017 19:22

Böyrək sindromu ilə hemorragik qızdırma

23 İyul 2017 19:17

Bərdədə 1 nəfər Kürdə batıb

23 İyul 2017 19:14

Allergiyanın əlamətləri nələr ola bilər?

23 İyul 2017 19:12

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib

23 İyul 2017 19:07

Eli Saabdan yeni kolleksiya - FOTO

23 İyul 2017 19:05

Dalğıclar dənizdə xəzinə tapdı -

23 İyul 2017 19:02

İndoneziyada güclü zəlzələ

23 İyul 2017 18:53

Ağdamın icra başçısı: "Ermənistan ordusu hər gün rayonun işğal altında olan ərazilərinə od vurur"

23 İyul 2017 18:52

Dünyanın ən sakitləşdirici musiqisi: Weightless

23 İyul 2017 18:52

Belə də olur: Nənə öz nəvəsini dünyaya gətirdi - FOTO

23 İyul 2017 18:47

Çində tikinti kranı aşıb -

23 İyul 2017 18:42

Bakıda marşrut avtobusu qəza törədib: xəsarət alan var

23 İyul 2017 18:39