Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Normand dördlüyü"nün görüşü keçirilir

"Normand dördlüyü"nün görüşü keçirilir

Date: 19 October 2016 22:05

Almaniyanın paytaxtı Berlində Ukrayna üzrə "Normand dördlüyü" liderlərinin görüşü keçirilir.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, görüşdə Almaniya kansleri Anqela Merkel, Fransa prezidenti Fransua Olland, Rusiya prezidenti Vladimir Putin və Ukraynanın dövlət başçısı Pyotr Poroşenko iştirak edirlər.
 
Dörd ölkə lideri Ukraynanın cənub-şərqindəki vəziyyəti, Donbasda seçkilərin keçirilməsi, təmas xəttindən qoşunların geri çəkilməsi və s. məsələləri müzakirə edir.
 
Görüş çərçivəsində tərəflərin eləcədə Suriyadakı vəziyyəti müzakirə edəcəkləri gözlənilir.

Milli.Az


Tags:  Normand dördlüyünün görüşü keçirilir

RƏYLƏR


Top news