Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Zədə aldığım anda..."

"Zədə aldığım anda..."

Date: 19 October 2016 22:52

"Qəbələ"nin fransalı hücumçusu Baqali Dabo sabah keçiriləcək "Sant-Etienne"lə matça zədə səbəbindən iştirak etməyəcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bununla bağlı "France bleu"ya danışan 28 yaşlı forvard təəssüf hissi keçirdiyini bildirib: "Hər kəs "Saint-Etienne"ə Avropa Liqası matçına çıxmaq istəyir. Çempionat oyununda zədə aldığım anda "Joffrua-Qişar" stadionundakı matçı buraxacağımı anladım". 

Baqali Dabo həmçinin "Qəbələ"nin bu görüşdəki şanslarını dəyərləndirib: "Azərbaycan çempionatının səviyyəsi o qədər də ürək açan deyil, amma biz yüksəlişdəyik. Hər kəs "Saint-Etienne"in qalib gələcəyini proqnozlaşdırır, amma "Qəbələ" topla yaxşı oynayır". 

Azərbaycan Premyer Liqasının 8-ci turunda "İnter"lə matçda zədələnən Baqali Dabo 2 həftə yaşıl meydanlardan uzaq qalacaq. 

Milli.Az


Tags:  Zədə aldığım anda

RƏYLƏR


Top news