"Qəbələ"nin baş məşqçisi: "Bizə qələbə lazımdır"

"Qəbələ"nin baş məşqçisi: "Bizə qələbə lazımdır"
23:17 19 Oktyabr 2016
35 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 19 oktyabr. REPORT.AZ/ "Bugünkü məşqimizin oyunun keçiriləcəyi stadionda baş tutmamasını problem hesab etmirik. Qərarı verənlər futbol naminə bu addımı atıblar ki, meydan sabahkı qarşılaşma zamanı yaxşı vəziyyətdə olsun. Əlbəttə, istərdik ki, hazırlığımız həmin arenada baş tutsun. Biz də vəziyyəti olduğu kimi, anlayışla qəbul edirik".

"Report"un məlumatına görə, bunu "Qəbələ" komandasının baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının qrup mərhələsində Fransanın "Sent-Etyen" klubu ilə keçirəcəkləri III turun oyunundan əvvəl mətbuat konfransında deyib.

O bildirib ki, səfərdə qalib gəlməyin nə qədər vacib olduğunu yaxşı anlayırlar: "Çox yaxşı başa düşürük ki, strateji cəhətdən qrupdan çıxmaq üçün bizə qələbə qazanmaq lazımdır. Təkcə sabahkı qarşılaşmada deyil, keçirəcəyimiz növbəti matçların hamısında bunu etməliyik. Lakin bu haqda çox düşünmək istəmirik. Mən futbol oynamağımızı istəyirəm. Mənim yanaşmam nəticə gətirir. Sabah istənilən yolla, ciddi şəkildə üslubumuzu, baxışımızı dəyişməklə nəyəsə nail olmağa əl atmayacağıq".

Ukraynalı mütəxəssis heyətdəki itkilər barədə çox danışıldığını da xatırladıb. Amma onun fikrincə, məsələyə maraqla yanaşmaq lazımdır: "Az şans qazanan futbolçuların belə güclü rəqiblə görüşdə neçə təsir bağışlayacağı maraqlıdır. Komandamızın yarısı olmadan oynayacağımıza çox fikir vermək istəmirik. Buna problem kimi deyil, təbəssümlə yanaşıram. İstərdim ki, Baqali Dabo, Nika Kvekveskiri, Rəşad Sadiqov və Elvin Camalov da hazır olsunlar. Onlar meydana çıxsaydı belə, bizim üçün "Sent-Etyen” kimi güclü komandaya qarşı oynamaq asan olmazdı. Onların yoxluğunda oyunumuzun necə alınacağını baxacağıq".

Qriqrçukun sözlərinə görə, Sadiqovun yoxluğunda kapitanın kim olacağını müəyyənləşdirməyiblər: "Bezotosnı sarğının ona mane olduğunu əsas gətirərək, bunu istəmir".

Baş məşqçi "Sent-Etyen”in çox yaxşı heyətə malik olduğunu vurğulayıb: "Komplektləşmiş rəqibimiz üçün bir neçə oyunçunun yoxluğunu hiss etdirməmək çətin olmayacaq. "Sent-Etyen”in tərkibində çox sürətli futbolçular var ki, onları zərərsizləşdirmək heç də asan deyil. Rəqibin bəzi oyunçularının iştirak etməyəcəyi haqda məlumatım var. Heç kimə, rəqibimizə də arzulamıram ki, zədə üzündən futbolçusunu itirsin”. 


Xəbərin orijinal ünvanı: http://report.az/futbol/qebele-nin-bas-mesqcisi-bize-qelebe-lazimdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR