Azərbaycanlı gəncdən maraqlı ixtira - video

Azərbaycanlı gəncdən maraqlı ixtira - video
00:06 20 Oktyabr 2016
108 Şou
Ölkə mətbuatı
A- A+

Balakən rayon İtitala kənd sakini, 21 yaşlı Elxan Məhərrəmov gənc kənddə qeyri-adi bacarığı ilə tanınır.

Axşam.az-ın “Xəzər Xəbər”ə istinadən məlumatına görə, onun çoxlu əl işləri olsa da, bu dəfə düzəltdiyi su ilə işləyən ekskavator maketi marağa səbəb olub.

Ekskavator necədirsə, maketi də texnika kimi hərəkətlərə malikdir.

O, indiyə qədər oyuncaq maşınlar, katerlər və s. maketlər düzəldərək dostlarına verib. Ekskavator maketini isə işləyən ekskavatoru gördükdən sonra düzəltmək qərara gəlib.

Onun maketi su ilə işləyir. İşləmə sistemini isə tibbdə iyinə vurmaq üçün istifadə olunan vasitələrdən qurub.

Sadəcə orta təhsilli olan gənc gələcəkdə bu ekskavatoru daha da təkmilləşdirmək istəyir.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59569

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR