Bakı. 20 oktyabr. REPORT.AZ/ Yunanıstanın paytaxtı Afinanın Ekzarxia rayonunda xüsusi təyinatlı polis dəstələri ilə anarxistlər arasında toqquşma baş verib.
"Report"un məlumatına görə, bu barədə "RİA Novosti" xəbər yayıb.
Məlumatda bildirilir ki, polis təxminən 100 anarxistdən ibarət qrupun olduğu Politexnik Universitetini mühasirəyə alıb. Anarxistlər asayiş keşikçilərinə "Molotov kokteyli", fişəng, daş atıblar.
Onlar həmçinin universiteti tərk etməzdən əvvəl zibil çənini yandırıblar.
Polis böyük miqdarda gözyaşardıcı qazdan istifadə edib. Rayonda nəqliyyatın hərəkəti dayandırılıb.
Ekzarxia rayonunda çoxlu sayda anarxist təşkilatlar var.