Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Putin, Merkel və Olland arasında Suriya danışıqları başa çatıb

Putin, Merkel və Olland arasında Suriya danışıqları başa çatıb

Date: 20 October 2016 03:17

Bakı. 20 oktyabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel və Fransanın dövlət başçısı Fransua Olland arasında arasında Suriya probleminin nizamlanması üzrə danışıqlar başa çatıb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, danışıqlar 2,5 saat davam edib.
Suriya və Rusiya Suriyada ancaq terrorçuların mövqelərinə zərbələr endirilməsində təkid edirlər. Habelə ABŞ-ı mülayim müxalifət dəstələrinə təsir etməməkdə ittiham edirlər.
Son aylar Hələbdə vəziyyət daha da gərginləşib. Şəhərdə və onun ətrafında ağır döyüşlər gedir.
Qərb Moskva və Dəməşqi mülki sakinləri və müxalifətin mövqelərini bombardman etməkdə ittiham edir.
Suriya danışıqlarından əvvəl Putin, Merkel, Olland və Poroşenko "Normand dördlüyü" çərçivəsində Donbasdakı vəziyyəti müzakirə ediblər.

Tags:  Putin Merkel Olland arasında Suriya danışıqları başa çatıb


RƏYLƏR


Top news