Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Hadisənin qızılları əlindən alındı

Hadisənin qızılları əlindən alındı

Date: 20 October 2016 03:54

Türkiyənin tanınmış müğənnisi Hadisənin qızılları əlindən alınıb.

 

APA TV xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzeti məlumat yayıb. Məlumata görə, “Trendyol” markasının DSM Grup şirkəti ilə imzaladığı 500 min avroluq reklam müqaviləsini pozduğu iddiası ilə 250 min avro cərimələnən Hadisə çətin günlər yaşayır.

 

“O səs Türkiyə” müsabiqəsində münsif olan Hadisə verilişin anonsuna çəkildiyi vaxt icra məmurları studiyaya gəliblər. Çəkilişlərə fasilə verməli olan Hadisə göz yaşları içərisində cəza sənədinə imza atıb. Hadisə şahidləri bildiriblər ki, icra məmurları ilə görüşdən qayıdarkən müğənnin qulağındakı sırğa və boynundakı kolye olmayıb. İddialara görə, icra məmurları Hadisənin üzərindəki qızıllara və pula da həbs qoyublar.

 

Qeyd edək ki, stilist bacısı Dərya Açıqgöz Hadisənin rəqib markaların geyimləri ilə çəkilmiş fotolarını paylaşıb. Hadisə ilə 4 il əvvəl reklam müqaviləsi bağlayan şirkət isə müğənninin rəqib firmaları reklam etməsi səbəbindən onunla müqaviləni pozub və məhkəməyə müraciət edib.

 


Tags:  Hadisənin qızılları əlindən alındı


RƏYLƏR


Top news