Olland Hələbdə bombardmanları dayandırmağa çağırıb

Olland Hələbdə bombardmanları dayandırmağa çağırıb
04:02 20 Oktyabr 2016
46 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ Hələbdə baş verənlər hərbi cinayətlərdir.
"Report" "TASS"a istinadən xəbər verir ki, bunu Fransa prezidenti Fransua Olland deyib.
O, bildirib ki, bombardmanları dayandırmaq lazımdır. Fransız lideri vurğulayıb ki, Berlində danışıqlardan sonra Hələbdə barışığın müddətinin uzadılmasının imkanı haqqında anlama var.
Olland sülh prosesinin şərtləri haqqında danışıb, O, Hələbdə tərəfləri sülhə və müxaifəti danışıqlara hazır olmağa çağırıb.
Fransa prezidenti vurğuladı ki, Suriyaya görə Rusiya Federasiyasına qarşı sanksiyalar haqqında danışmaq hələ tezdir, amma bütün imkanlara baxılmalıdır.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/olland-helebde-bombardmanlari-dayandirmaga-cagirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR