Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Filippin prezidenti: "ABŞ-la vidalaşmağın vaxtı çatıb"

Filippin prezidenti: "ABŞ-la vidalaşmağın vaxtı çatıb"

Date: 20 October 2016 06:57

Bakı. 20 oktyabr. REPORT.AZ/ "Filippin üçün ABŞ-la "vidalaşmaq" vaxtı çatıb".
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu "yeddi min ada ölkəsi"nin prezidenti Rodriqo Duterte Çin Xalq Respublikasında səfəri çərçivəsində bildirib.
"Mənim ölkəmdə olmanız yalnız sizə eyirli idi. Ona görə bizim vidalaşmaq zamanımız çatıb, mənim dostlarım"- deyə dövlət başçısı Vaşinqtona ünvanlanmış fikirlər səsləndirib.
Filippin rəhbəri qeyd edib ki, o, bir daha ABŞ-a səfər etməyəcək. Rodriqo Dutertenin sözlərinə görə, bu, ona növbəti təhqirlərlə üzləşməsi ilə başa gələ bilər. 
Rodriqo Duterte oktyabrın 18-dən 21-ə kimi Çində 3 günlük rəsmi səfərdədir. Bu, onun prezident postuna seçilməsindən sonra Çinə ilk səfəridir. 

Tags:  Filippin prezidenti ABŞ-la vidalaşmağın vaxtı çatıb

RƏYLƏR


Top news