Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan Gimnastika Federasiyasının nümayəndəsi FIG-nin üzvü seçilib

Azərbaycan Gimnastika Federasiyasının nümayəndəsi FIG-nin üzvü seçilib

Date: 20 October 2016 07:22

Tokioda baş tutan 81-ci Konqresin ikinci günündə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Apellyasiya Tribunalına seçkilər keçirilib. Azərbaycan Gimnastika Federasiyasının beynəlxalq əlaqələr üzrə meneceri, Mehman Əliyev 64 səslə sözügedən tribunala üzv seçilib. Qeyd edək ki, Mehman Əliyev bundan öncə FIG-nin İntizam Komissiyasının üzvü olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, seçilmiş 5 nəfər üzvdən ibarət olan apellyasiya tribunalı FIG-nin prezident komissiyası, konqresi, şurası və intizam komissiyası tərəfindən alınmış qərarlarla razılaşmayan tərəflərin şikayətlərinə baxır. Apellyasiya Tribunalından ən yüksək və sonuncu instansiya İsveçrədə yerləşən İdman Arbitraj Məhkəməsidir.

Bildirək ki, bu gün konqresdə FIG-yə prezident seçkiləri keçirilmişdir. Bu quruma 20 il rəhbərlik etmiş Bruno Qrandi (İtaliya) bu dəfəki prezident seçkilərinə namizədliyini irəli sürməmiş və beləliklə mövcud iki namizəd arasında səs çoxluğu ilə Yaponiya Gimnastika Assosiasiyasının Baş katibi Morinari Vatanabe Beynəlxalq Gimnastika Federasiyasının növbəti prezidenti seçilib.

Daha sonra səsvermə yolu ilə Vasiliy Titov (Rusiya) FIG-nin 1-ci vitse-prezidenti, Nelli Kim (Belarus) və Lu Chaoyi (Çin) isə vitse-prezidentlər vəzifəsinə seçilib.

Bu konqresdə növbəti 2017-2020-ci Olimpiya dövründə fəaliyyət göstərəcək FIG-nin İcra Komitəsinin və Şurasının üzvləri, gimnastika növləri üzrə Texniki Komitələrin prezidentləri və üzvləri, həmçinin FIG-nin auditorlarıda müəyyən olunub.

Milli.Az


Tags:  Azərbaycan Gimnastika Federasiyasının nümayəndəsi FIG-nin üzvü seçilib

RƏYLƏR


Top news