Tokioda zəlzələ

Tokioda zəlzələ
07:24 20 Oktyabr 2016
34 Digər
Ölkə mətbuatı
A- A+

Yaponiyanın paytaxtı Tokio yaxınlığında 5,3 bal gücündə zəlzələ baş verib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar yerli vaxtla saat 11:50-də qeydə alınıb.

 

Zəlzələnin episentri Tiba prefekturasında, ocağı isə 40 km dərinlikdə yerləşib.

 

İbaraki, Saitama, Qumma və Fukusima daxil olmaqla 13 prefekturada  zəlzələ 4 bal gücündə hiss olunub. Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257095

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR