Bakı-Sumqayıt yolunda ağır qəza: 4 yaralı - FOTO

Bakı-Sumqayıt yolunda ağır qəza: 4 yaralı - FOTO
07:32 20 Oktyabr 2016
101 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakl-Sumqayıt avtomobil yolunda ağır yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə yolun 29-cu kilometrliyində qeydə alınıb. 

Yolun qəza baş verən hissəsində təmir işləri aparılır və hərəkət zolaqlarından biri nəqliyyat hərəkəti üçün bağlanıb.  Digər istiqamət isə arakəsmələrlə iki zolağa bölünüb. Sumqayıt istiqamətində yüksək sürətlə hərəkət edən "Lada" markalı avtomobilin sürücüsü təmir gedən yerə çatanda idarəetməni itirib. Avtomobil maneələri dağıdaraq, qarşı hərəkət zolağına keçib və Bakı istiqamətində hərəkətdə olan "QAZel"  markalı yük maşınına çırpılıb.
 
Qəza nəticəsində "Lada"nın sürücüsü və iki sərnişini, eləcə də, yüklə dolu "QAZel"in sərnişini xəsarət alıb. Yaralılar Sumqayıtdakı xəstəxanalara aparılıb.
 
Yol polisi əməkdaşları hadisə yerində müayinələr aparıblar. İlkin ehtimala görə, "Lada"nın sürücüsü avtomobili sərxoş vəziyyətdə idarə edib və təmirlə bağlı xəbərdarlıq, eləcə də, sürət həddinin azaldılması ilə bağlı nişanlara məhəl qoymayıb.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.
Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/481221.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR