Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nitq daha yaxşı başa düşüləcək

Nitq daha yaxşı başa düşüləcək

Date: 20 October 2016 07:42

"Microsoft" korporasiyasının "Microsoft Research" tədqiqat bölməsi nitqin tanınması sahəsində növbəti irəliləyişə nail olaraq insan nitqini peşəkar tərcüməçilərlə müqayisədə az səhvə yol verməklə başa düşə bilən sistem hazırlayıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, ötən ay "Word Error Rate" metrikasında 6,3 faizlik nəticə əldə edən bölmə mütəxəssisləri bu dəfə həmin göstəricini 5,9 faizədək artırmağa nail olublar ki, bu da sistemin indiyədək "Switchboard" nitq tanınması sənaye standartı vasitəsilə sözlərin başa düşülməsində yol verilən səhvlərdə ən aşağı göstərici hesab edilir.

Nitqin tanınması bölməsinin rəhbəri Syuedun Huan qeyd edib ki, biz insanla paritetə nail olaraq tarixi uğura imza atmışıq.

Qeyd edilir ki, bu nailiyyət ABŞ korporasiyasına nitqin tanınmasının tətbiq edildiyi "Cortana", "Skype" və s. kimi əksər servislərin işini yaxşılaşdırmağa imkan verəcək.

Milli.Az


Tags:  Nitq başa düşüləcək


RƏYLƏR


Top news