Klinton prezident seçiləcəyi təqdirdə amerikalı ailələrə dəstək verəcəyini vəd verib

Klinton prezident seçiləcəyi təqdirdə amerikalı ailələrə dəstək verəcəyini vəd verib
07:57 20 Oktyabr 2016
51 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Hillari Klinton seçkilərdə dövlət başçısı seçiləcəyi təqdirdə amerikalı ailələrə dəstək verəcəyini vəd edib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, o, bu barədə sonuncu teledebatında bildirib.
"Mən Amerika ailələrinə dəstək verəcəm və korporativ maraqlara qarşı çıxacam" – deyə Hillari Klinton bildirib.
Hillari Klintonun rəqibi, Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp isə prezident seçiləcəyi təqdirdə latın əsilli amerikalılara və afroamerikalılara dəstək vermək fikrindədir. 
Qeyd edək ki, Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampla Demokratlar Partiyasının prezidentliyə namizədi Hillari Klintonn arasında üçüncü, sonuncu teledebat keçirilib.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/klinton-prezident-secileceyi-teqdirde-amerikali-ailelere-destek-vereceyini-ved-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR