Abşeronda ev partladı: 1 ölü, 4 yaralı

Abşeronda ev partladı: 1 ölü, 4 yaralı
07:59 20 Oktyabr 2016
92 Digər
Ölkə mətbuatı
A- A+

Abşeron rayonunda fərdi yaşayış evində partlayış baş verib.

 

Abşeron Rayon Polis İdarəsindən APA-ya verilən xəbərə görə, hadisə gecə saatlarında  Hökməli qəsəbəsində qeydə  alınıb.

 

Qəsəbə  sakini Müşfiq Qurbanova məxsus 2 mərtəbəli fərdi evdə baş verən partlayışa qaz sızması səbəb olub.

 

Nəticədə ev yiyəsinin 3 yaşlı övladı dünyasını dəyişib.  M.Qurbanov,  onun həyat yoldaşı və daha 2 övladı isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257096

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR