Abşeronda ev partlayıb, ölən və yaralananlar var

Abşeronda ev partlayıb, ölən və yaralananlar var
08:05 20 Oktyabr 2016
82 Ölkə
Ölkə mətbuatı
A- A+

Abşeron rayonunda fərdi yaşayış evində partlayış baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Abşeron Rayon Polis İdarəsindən verilən xəbərə görə, hadisə gecə saatlarında  Hökməli qəsəbəsində qeydə  alınıb.
 
Qəsəbə  sakini Müşfiq Qurbanova məxsus 2 mərtəbəli fərdi evdə baş verən partlayışa qaz sızması səbəb olub.
 
Nəticədə ev yiyəsinin 3 yaşlı övladı dünyasını dəyişib.  M.Qurbanov,  onun həyat yoldaşı və daha 2 övladı isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/481240.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR