NASA elektrik təyyarələri yaradacaq

NASA elektrik təyyarələri yaradacaq
08:17 20 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

ABŞ-ın milli aerokosmik agentliyi - NASA elektrik təyyarələrinin sınaqları üçün laboratoriya yaradıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, qurum bu məqsədlə Con Qlenn adına Tədqiqatlar Mərkəzində Elektrik Təyyarələrinin Tədqiqatı Laboratoriyası (NEAT) açıb. NEAT mühəndisləri elektrotəyyarələr və onların ehtiyat hissələrinin yaradılması və sınaqdan keçirilməsi ilə məşğul olacaqlar. Daha əvvəl NASA bu istiqamətdə iş aparıb. Onların arasında elektrik mühərriki ilə çalışan, vertikal qalxış və eniş edən "GL-10 Greased Lighting" pilotsuz uçuş aparatını və "LEAPTech" elektrik mühərrikli qanad layihəsini göstərmək olar.
 
NEAT artıq sentyabr ayında kiçik (1-2 nəfərlik) hava gəmisini enerji ilə təchiz edən elektrik sisteminin test buraxılışını həyata keçirib. Bunun üçün mühəndislər 600 voltluq batareyadan istifadə edib. Yaxın vaxtlarda NASA NEAT laboratoriyasında daha iri hava gəmiləri üçün nəzərdə tutulmuş güclü elektrik sistemlərinin yığılması və test edilməsini həyata keçirməyi planlaşdırır. Perspektivdə agentlik 20 meqavatt gücündə sistem yaratmağı nəzərdə tutub. "Bizim məqsədimiz bu cür sistemləri daha yüngül və effektiv etməkdir. Gələn il biz mühərriklərin ölçülərini təkmilləşdirəcəyik və daha güclü sistemlərin sınaqları üçün bu texnologiyalardan istifadə edəcəyik", - deyə aparıcı texniki ekspert Rocer Dayson bildirib. O deyib ki, hazırda aviaşirkətlər yanacaq sərfiyyatını, atmosferə buraxılan zərərli maddələri, səs-küyü və istismar xərclərini azaltmaq istəyirlər. Atmosferi az çirkləndirən, az səslə çalışan və böyük effektivliyi ilə seçilən elektromobillər bu baxımdan yaxşı nümunədir. Məhz elektromobillər NASA-nı NEAT laboratoriyasını yaratmağa ruhlandırıb. Elektrotəyyarələr hazırkı təyyarələrdən fərqli olaraq, atmosferi daha az çirkləndirəcək və çəkisinin azlığı səbəbilə daha böyük məsafəyə uçacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/481051.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR