Merkel, Putin və Olland arasında Suriyaya dair görüş başa çatıb

Merkel, Putin və Olland arasında Suriyaya dair görüş başa çatıb
08:22 20 Oktyabr 2016
36 Dünya
Ölkə mətbuatı
A- A+

Berlində Almaniya kansleri Angela Merkel, Rusiya prezidenti Vladimir Putin və Fransa dövlət başçısı Fransua Olland arasında Suriya böhranına dair görüş başa çatıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, görüş mətbuata qapalı şəkildə 1.5 saat davam edib.
 
Rusiya prezidentinin Berlin görüşünün yekunları barədə hava limanında  jurnalistlərə açıqlama verəcəyi gözlənilir.
 
Ötən gün Vladimir Putin və Suriya prezidenti Bəşər Əsəd arasında telefon danışığı olub. Söhbət zamanı Hələb ətrafında və ümumilikdə Suriyadakı vəziyyət müzakirə olunub.
 
Telefon danışığı "Normand dördlüyü"nün görüşündən əvvəl baş tutub.
Sosial səhifələrdə paylaş

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/481227.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR