Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Rus haker polisi görüncə huşunu itirdi

Rus haker polisi görüncə huşunu itirdi

Tanınmış aktyor çəkilişdə huşunu itirdi (16 Mart 2017 10:44)
Torres oyunda huşunu itirdi - VİDEO (03 Mart 2017 08:37)
90 yaşlı kişi ona gələn kommunal borcu GÖRƏNDƏ HUŞUNU İTİRDİ - 300 manat... (23 Fevral 2017 14:03)

Tarix: 20 Oktyabr 2016 08:27

Çexiya polisi ABŞ-a qarşı kiberhücumlarda günahlandırılan rusiyalı hakeri paytaxt Praqada yaxalayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Çexiya polis idarəsindən bildirilib ki, Rusiya vətəndaşının yaxalanması kriminal polisin ABŞ Federal Təhqiqatlar Bürosu (FBİ) ilə yaxın əməkdaşlığı sayəsində mümkün olub. Əməliyyat ilk operativ informasiyanın alınmasından və İnterpol tərəfindən qırmızı bülletenlə axtarış verilməsindən sonra 12 saat davam edib. Haker Praqanın mərkəzindəki oteldə qalırmış və şəhərin küçələrində sevgilisi ilə birlikdə bahalı avtomobildə hərəkət edirmiş.
 
Çexiya Daxili İşlər Nazirliyindən verilən açıqlamaya əsasən kriminal polisin otelə gəlişi haker üçün o qədər gözlənilməz olub ki, o, hər hansı müqavimət göstərməyib və huşunu itirib. Adı açıqlanmayan rusiyalıya ilkin tibbi yardım göstərilib və o, xəstəxanaya aparılıb. Çexiya hakimiyyət orqanları Rusiya vətəndaşının ABŞ-a ekstradisiyasını nəzərdən keçirir.
 
Hələlik Rusiya hökuməti məsələ ilə bağlı şərh verməyib.

Milli.Az


Teqlər:  Rus haker polisi görüncə huşunu itirdi



RƏYLƏR


Top xəbərlər