Xəbərdarlıq: Ağrıların dəhşətli fəsadları

Xəbərdarlıq: Ağrıların dəhşətli fəsadları
08:37 20 Oktyabr 2016
180 Ölkə
Ölkə mətbuatı
A- A+

Bədənimizin bir neçə nöqtəsi ağrıya bilər, lakin biz çox vaxt bu ağrıları ciddiyə almırıq. Mütəxəssislər isə ağrılarla bağlı ciddi tədbirlər görməyin vacib olduğunu deyirlər.

Milli.Az axar.az-a istinadən bildirir ki, ağrılar və onların fəsadları haqda yazını təqdim edir:
 
Baş ağrıları
 
Şiddətli baş ağrılarınız olursa, həkimə gedin. Belə ağrılar adətən beyin xərçənginin göstəricisi olur.
 
Sinədə sancılar
 
Sinədəki ağrılar adətən infarkta işarədir. İnfarkt ilk olaraq özünü ağrı ilə deyil, başqa əlamətlərlə göstərir. Bəzən sinədə təzyiq, çənə, boğaz, sol çiyin, ya da qolda və qarında ağrılar ola bilər.
 
Kürək ağrıları
 
Kürək və kürək sümüyü arasındakı ağrılar ağciyər xərçənginin əlaməti olduğu kimi, revmatizmin də əlamətidir. Həmçinin, şah damar və yüksək təzyiqin də göstəricisi ola bilər.
 
Qarın ağrıları
 
Qarın ağrılarını apendisit, mədəaltı vəz problemləri, öd və mədə xorası xəstəliklərinin göstəricisi kimi də qəbul etmək olar.
 
Ayaqlarda ağrı
 
Ayaqlarda və qıçlardakı ağrıları qan dövranının pozulmasının, damar tutulmalarının, revmatizm və şəkər xəstəliklərinin göstəricisi kimi qiymətləndirə bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/481054.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR