Putin və Əsəd arasında telefon danışığı olub

Putin və Əsəd arasında telefon danışığı olub
08:37 20 Oktyabr 2016
33 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin və Suriya prezidenti Bəşər Əsəd arasında telefon danışığı olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusia prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.
 
"Söhbət zamanı Hələb ətrafında və ümumilikdə Suriyadakı vəziyyət müzakirə olunub", deyə D.Peskov qeyd edib.
 
Telefon danışığı Berlində keçirilən Ukrayna üzrə "Normand dördlüyü"nün görüşündən əvvəl baş tutub.
 
Qeyd edək ki, görüş çərçivəsində Almaniya kansleri Anqela Merkel, Fransa prezidenti Fransua Olland və Vladimir Putinin Suriyadakı vəziyyəti müzakirə edəcəkləri gözlənilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/481224.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR