Putin: “Rusiya Hələbdə atəşkəs rejimini uzatmağa hazırdır”

Putin: “Rusiya Hələbdə atəşkəs rejimini uzatmağa hazırdır”
08:42 20 Oktyabr 2016
33 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Hələbdə atəşkəs rejimini uzatmağa hazırdır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bəyan edib.
 
"Hələbdəki vəziyyəti nəzərə alaraq atəşkəs rejimini mümkün qədər uzatmağa hazırıq.  Ərazidə quldur dəstələri yenidən baş qaldırmasa,  hava zərbələri endirilməyəcək", deyə V.Putin bildirib.
 
Onun sözlərinə görə, Berlində keçirilən görüşdə Rusiya Suriyanın yeni Konstitusiyasının hazırlanması və qəbul edilməsi üzrə işləri sürətləndirməyə çağırıb: "Bunun əsasında münaqişə tərəfləri arasında ilkin razılaşmaya nail olmaq, yeni seçkilər keçirmək mümkün olardı. Təbii ki, prosesə cəlb edilən region ölkələrinin iştirakı ilə".
 
Xatırladaq ki, oktyabrın 19-da Berlində Almaniya kansleri Angela Merkel, Rusiya prezidenti Vladimir Putin və Fransa dövlət başçısı Fransua Olland arasında Suriya böhranına dair görüş keçirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/481231.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR