Poroşenko: "Rusiya razılıq verdi"

Poroşenko: "Rusiya razılıq verdi"
08:47 20 Oktyabr 2016
65 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Donbas regionuna ATƏT-in polis missiyasının yeridilməsinə razılıq verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Pyotr Poroşenko Berlində  keçirdiyi brifinqdə bəyan edib.
 
"Minsk razılaşmalarının yerinə yetirilməsi üçün "yol xəritəsi" noyabrın sonuna qədər işlənib hazırlanmalıdır. Bu həmçinin sərhəd məsələlərinə də aiddir. Hesab edirəm ki, hazırda Normand formatının alternativi yoxdur", deyə P.Poroşenko qeyd edib.
 
Onun sözlərinə görə, görüşdə hər hansı  bir sənəd imzalanmayıb. Poroşenko bildirib ki, yaxın vaxtlarda "Normand dördlüyü" ölkələrinin XİN rəhbərlərinin görüşü baş tutacaq.
 
Xatırladaq ki, oktyabrın 19-da Berlində "Normand dördlüyü" liderlərinin görüşü baş tutub. Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland, Rusiya prezidenti Vladimir Putin və Ukraynanın dövlət başçısı Pyotr Poroşenko arasında danışıqlar "bağlı qapılar" arxasında keçirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/481225.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR