Julian Assanjın internetini Kerrinin xahişi ilə kəsiblər

Julian Assanjın internetini Kerrinin xahişi ilə kəsiblər
08:52 20 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Ekvador hökuməti "WikiLeaks"in qurucusu Julian Assanjın internetini ABŞ dövlət katibi Con Kerrinin xahişi ilə kəsib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə təşkilatın "Twitter" səhifəsində məlumat verilib. "ABŞ-dakı çoxsaylı mənbələr bizə deyir ki, Con Kerri Ekvadordan Assanjın Klinton haqqında sənədləri yaymasının qarşısını almağa çağırıb", - deyə açıqlamada bildirilir.
 
Qeyd edək ki, ABŞ prezidentliyinə namizəd Hillari Klintonun "Goldman Sachs" korporasiyasındakı çıxışı barədə gizli sənəd yayıldıqdan sonra J. Assanj internetə giriş imkanından məhrum edilib. O, hazırda Londondakı Ekvador səfirliyində qalır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/481047.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR